Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Metroda cibgirlik edənlər tutuldu

Tarix 20.12.17, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxslər müəyyən edilərək yaxalanıb və istintaqa təhvil veriliblər

DİN Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.

Faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə dekabrın 15-də oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Seyfəddin Mustafayev olması müəyyən edilib və digər cinayətlərinin də üstü açılıb. Əməliyyat tədbirləri ilə onun dekabrın 11-də və 12-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı və Göyçay rayon sakinləri olan iki qadının içərisində pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Bildirilir ki, dekabrın 18-də də Metropolitendə Polis Şöbəsinə analoji müraciətlər daxil olub. Beyləqan rayon sakini Səbinə Səfərli və Bakı şəhər sakini Kamran Quliyev metronun “Elmlər Akademiyası” və “Nəriman Nərimanov” stansiyalarının platformalarında ciblərindən mobil telefonlarının oğurlanmaları barədə məlumat veriblər. Polis əməkdaşlarının peşəkarlıqla və “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğun üstü qısa vaxtda açılıb və bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Neftçala rayon sakini Natiq Bədəlov olması müəyyən edilib. Baxış zamanı onun üzərindən və kirayədə yaşadığı mənzildən ümumilikdə 4 ədəd - 2 ədəd “Samsunq J-2” , 1 ədəd “LG” və 1ədəd “İphone 5 S” markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalar aparılır.



Xəbərin oxunma sayı : 133




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap