Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Meyvə qurusunun açıq satışı qadağandır ( VİDEO)

Tarix 08.11.17, 5:17

Font ölçüsü : - / +
bitmap-img6


Qablaşdırılmadan satışa çıxarılır, heç bir gigiyena qaydalarına riayət olunmur. Bazarlardakı quru meyvələrin əksəriyyəti normativ-texniki tələblər kobud şəkildə pozulmaqla alıcılara təklif olunur.
 
Əvvəllər püstə, ərik, alça, gavalı və üzüm kimi meyvə quruları məşhur idisə, indi piştaxtaları portağal, ananas, armud, gilas kimi meyvə quruları da bəzəyir. Azərbaycanda quru meyvələrin keyfiyyəti normativ-texniki sənədlə tənzimlənir. Müvafiq qaydalara əsasən, qablaşdırılmayan məhsul açıq şəkildə satışa çıxarıla bilməz.

AzFakt.com Xəzər TV-yə istinadən məlumat verir ki, normativ-texniki sənədlərin tələblərinə əsasən, quru meyvələrin qablaşdırmasında istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, növü, çəkisi, istehsal tarixi, yararlılıq müddəti, enerji dəyəri və texniki sənədləşdirmənin nömrəsi barədə məlumatlar qeyd edilməlidir. Bu gün isə kustar üsulla qurudulan meyvə quruları də alıcıya təklif olunur.

Əslində isə məhsul toxum vəziyyətindən yetişənə qədər fitosanitar nəzarəti altında olmalıdır. Bazara çıxarıldıqdan sonra isə baytar həkim ona rəy verməlidir. İstehsal sahəsində qablaşdırılması üçün isə müvafiq orqanlardan icazə tələb olunur. 

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, bu məhsulu satışa çıxaranlar məsuliyyət daşıyırlar.

Mütəxəssislərə görə, keyfiyyətli quru meyvələr bütöv olmalı, üzərində çatlar olmamalı və ziyanvericilərin təsirinə məruz qalmamalıdır. 








Xəbərin oxunma sayı : 682




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap