Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb –AMEA-dan açıqlama

Tarix 24.01.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı tərtib edilib.

MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova bildirib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil edilərək kitabxananın Milli Rəqəmsal Yaddaş Bazasına yerləşdirilib.

O, siyahının açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin də mümkünlüyünü bildirib. N.Həsənova qeyd edib ki, bolşeviklərin Azərbaycandakı hakimiyyəti dövründə Azərbaycandan 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı və din xadimi Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edilib.

MEK tərəfindən “Xaricdə yaşamış azərbaycanlıların məzarları” adlı kolleksiyanın hazırlandığını deyən N.Həsənovanın sözlərinə görə, həmin kolleksiya üzərində işləyərkən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut etdikdən sonra onun yaradılmasında iştirak etmiş insanların çoxunun repressiya qurbanlarına çevrildiyi məlum olub: “Repressiya qurbanları sürgün olunduqları yerdə dəfn olunduqlarından, bu yerlər haqqında heç bir məlumat göstərilməyib”.

Bölmə rəhbəri əlavə edib ki, hazırladıqları siyahının bir hissəsində AXC dövründə xaricdə təhsil alan şəxslərin adları yer alıb, digər hissə isə tamamlanmayıb/Trend.



Xəbərin oxunma sayı : 268




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap