Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - “Qızını qəbul etmir“

Tarix 16.05.24, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə keçmiş sevgilisini məhkəməyə verib.

AzFakt.com xəbər verir ki, bu barədə Musavat.com-a Fidan İsmayılzadə adlı həmin qadın danışıb. O bildirib ki, Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf-ləyaqət və işgüzar nüfuza zərər verilməsinə dair xüsusi ittiham təqdim edib. 

Fidanın dediyinə görə, Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı (vətəndaş nikahı) baş tutub. O, 3 sentyabr 2016-cı ilədək cavabdehlə birlikdə yaşayıb: "Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksəkvəzifəli məmur idi və istədiyi kimi, istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasovanın sözlərinə görə, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: "Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Orxan İsmayılzadənin şikayətinə Xətai Rayon Məhkəməsində baxılıb. Hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad qəbul edib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası(MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub.

Fidan isə qərardad əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə qızını da gətirib. Orxan İsmayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib: "Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf-ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi”.

Qeyd edək ki, Fidan Abbasova şikayətləri ilə əlaqədar müxtəlif dövlət qurumlarına müraciət ünvanladığını da əlavə edib. 

WhatsApp Image 2024-05-13 at 16.39.05.jpeg (92 KB)

WhatsApp Image 2024-05-13 at 16.42.30.jpeg (131 KB)




Xəbərin oxunma sayı : 1630




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap