Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mikayıl Müşfiqin heykəli bərpa olundu - VİDEO

Tarix 27.03.17, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin dağıdılmış heykəli yerinə bərpa olunub. Bu barədə APA-ya Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, büst martın 27-də həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Sabahdan başlayaraq ərazidə abadlıq işlərinə başlanılacaq.

AzFakt.com xatırladır ki, şairin Bakıdakı abidəsi “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan fevral ayının 27-də dağıdılmışdı. Abidənin sökülməsindən hiddətlənən əksər ziyalılar, memarlar, ictimai xadimlər bunu vandalizm aktı və şairin ruhuna hörmətsizlik kimi qiymətləndirmişdilər.

Məsələyə qarışan Azərbaycan prezidenti İlham Əliyev bunun hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq vermişdi. Bundan sonra 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirmədiklərinə görə cəzalandırıldılar. MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu isə tutduğu vəzifədən azad edildi.

Qeyd edək ki, Mikayıl Müşfiqin dağıdılan heykəlininin müəllifi heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.










Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap