Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Mikayıl Müşfiqin heykəlinin sökülməsində “Gilan Holdinq“ izi - ŞOK İDDİA

Tarix 02.03.17, 3:32

Font ölçüsü : - / +
bitmap-img6


Represiya qurbanı olmuş şair Mikayıl Müşfiqin Bakıdakı heykəlinin qanunsuz olaraq götürülməsi və hansısa anbarda saxlanılması ciddi rezonans doğurub. Bir neçə gündü mətbuat və ictimaiyyət, ölkənin tanınmış elm və mədəniyyət adamları, həmçinin dövlət rəsmiləri "Azəravtoyol" ASC-nin bu məsuliyyətsiz addımına, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətinə qarşı edilən ədalətsizliyə etiraz edir.

"Qaynar" xəbər verir ki, problem hətta prezident İlham Əliyev səviyyəsinə qalxıb. Dövlət başçısı Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.

Əli Həsənov bildirib ki, dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

Deyəsən prezidentin bu tapşırığından sonra qorxuya düşən "Azəravtoyol" ASC indi məsuliyyətdən yaxasını qurtarmağa çalışır və əslində Mikayıl Müşfiqə qarşı hörmətsizlik edilmədiyi, hətta onun hörmətsiz yerə qoyulan heykəlinin məhz bu səbəbdən götürülməsi ilə bağlı rəy formalaşdırmağa çalışır. O da bildirilir ki, guya dövlət proqramına uyğun olaraq həmin ərazi genişləndiriləcək və orada 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq, indi anbarda toz-torpaq içində saxlanılan heykəl isə bu gözəl parkın bəzəyinə çevriləcək.

Siz dediz, biz də inandıq. Bu açıqlama etirazlar başlamadan, mətbuatın və ictimaiyyətin qınaq obyektinə çevrilmədən niyə verilmirdi? 

Bu arada hekyəlin götürülməsi ilə bağlı yeni xəbərlər yayılıb. Adının çəkilməsini istəməyən mənbənin "Qaynar"a verdiyi məlumata görə, Mikayıl Müşfiqin heykəlinin götrülməsində ölkənin ən böyük şirkətlərindən biri olan "Gilan Holdinq"in də vasitəçiliyi olub. Məlumatda bildirilir ki, "Azəravtoyol"a heykəlin götrülməsi təklifi məhz bu şirkətdən gəlib.

"Gilan Holdinq"in bu addımı hansı səbəbdən atdığını bilmirik. Məlumat üçün bildirək ki, holdinqin baş ofisinin binası həmin ərazidə daha doğrusu üzbəüz yerləşir. Görünür şirkət rəhbərliyi pəncərələrinin önündə özləri üçün seyrangah yaratmaq eşqinə düşübər. Amma bu işdə heykəl onlara mane olub. Elə Mikayıl Müşfiqə qarşı aqressiyaları da burdan qaynaqlanır.

Bu versiyanın nə qədər doğru olduğunu da bilmirik. Amma bir şeyi dəqiq bilirik ki, Cavid Qurbanovun adamı kimi tanınan Saleh Məmmədovun başçılıq etdiyi dövlət qurumu Mikayıl Müşfiqə, Azərbaycan ədəbiyyatına qarşı böyük hörmətsizlik edib. Prezident İlham Əliyevin də dediyi kimi, buna görə layiqli cəzalarını almalıdırlar...



Xəbərin oxunma sayı : 817




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap