Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xanlar Fətiyev İslamiadada medal qazananlardan faiz tutur?!

Tarix 29.05.17, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, üzgüçülükdə uğur qazanan idmançılar və məşqçilər hələ də Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatını gözləyirlər.

Bu barədə İslamiadanın iştirakçıları məlumat veriblər. Əldə etdiyimiz məlumata görə, MOK tərəfindən mükafatın nə vaxt veriləcəyi ilə bağlı hələlik dəqiq bir söz də deyilmir. Bundan başqa, millət vəkili Xanlar Fətiyevin prezidenti olduğu Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən medal qazanan təmsilçilərimizdən faiz də tutulacaq. Bunun nə faizi olduğunu dəqiqləşdirmək məqsədi ilə federasiyanın baş katibi Fərid Bananyarlı ilə əlaqə saxladıq. 

“Nömrəmi haradan əldə etmisiz?” sualı ilə bizi təəccübləndirən federasiya rəsmisi məlumatı təkzib etdi: “Mən sizin etibarlı mənbənizi bilmirəm. Mükafatların hamısı verilib. Nə faiz? Onu kim deyir? Yalan söhbətdir”.

Təbii ki, federasiya rəsmisinin qurum haqqında yayılan xoşagəlməz xəbəri təsdiq edəcəyini gözləmirdik. Amma düşünməkdə fayda var – idmançılar və məşqçilər mükafatını alıbsa, niyə and-amanla “almamışıq, hələ də gözlədirlər” desinlər ki?

Maraq üçün onu da bildirək ki, 2012-ci ildən Xanlar Fətiyevin prezidenti olduğu federasiyanın hələ də rəsmi saytı yoxdur. Görünür Fətiyevin işləri o qədər çoxdur ki, 5 il ərzində bir rəsmi saytın yaradılması ilə bağlı göstəriş verməyə vaxt tapmayıb.

Qeyd edək ki, Xanlar Fətiyev eyni zamanda Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir.

yenicag.az



Xəbərin oxunma sayı : 637




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap