Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Millət vəkili Adil Əliyev: “Cavadxanın yurdunda radikal qüvvələrə yer yoxdur”

Tarix 11.07.18, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


“Gəncədə baş verənlər bizi narahat edir. Bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain qüvvələr ortaya çıxarılır və istifadə olunurlar. Onların nə milləti, nə də dini var. Onları bir maraq birləşdirir. O da dövlətçiliyə qarşı çıxmaq və xain planı icra etmək”.

Bu sözləri musavat.com-a millət vəkili Adil Əliyev deyib.

A.Əliyev onu da bildirib ki, neçə gündür, sosial şəbəkələrdə Gəncə insanını təxribata çəkmək üçün təbliğat aparılırdı: “Hay-küylü təbliğat puç oldu. Gəncə insanı onlara dəstək vermədi. Gəncəlilər həmişə dövlətçiliyin yanında olublar. Gəncə tarixi bir diyarımızdır. Azərbaycan Xalq Cümhuriyyəti öz tarixi mövqelərini bərpa etmək üçün Gəncədən başladı. Çünki Gəncə həmişə milli məfkurənin, milli ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavadxanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu dünənki hadisələr də bir daha təsdiqlədi. Həlak olan polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.



Xəbərin oxunma sayı : 181




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap