Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milli komandaların oyunları ilə bağlı yeni qaydalar təsdiqləndi – UEFA

Tarix 31.08.20, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Qurumun rəsmi saytının məlumatına görə, iclasda milli komandaların oyunları ilə bağlı yeni qaydalar təsdiqlənib.

1) Bir komandanın oyunçuları yığma və ya yerli hökumət tərəfindən məcburi karantinə alınarsa, yarışın müvafiq reqlamentinin digər müddəalarından asılı olmayaraq, 1-i qapıçı olmaqla 13 futbolçu (buraya U-21 yığması da daxildir) düzəlirsə, matç təyin olunan qaydada keçiriləcək.

2) Milli assosiasiya minimum oyunçu sayına (13) uyğun komandanı formalaşdıra bilməsə, mümkün olacağı təqdirdə oyun başqa tarixə təxirə salınacaq. Görüşün yeni vaxtını və yerini UEFA təyin edəcək. Məqsədəuyğun hesab olunarsa, qarşılaşma neytral meydanda keçirilə bilər. Bu halda ev sahibi komanda matçın təşkili və bununla əlaqəli bütün xərclərə öz üzərinə götürməli olacaq.

3) Matçı təxirə salmaq mümkün olmadıqda bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və Nizam-İntizam Komitəsi verəcək. Oyunun təşkilinə cavabdeh olan yığmaya görə qarşılaşma baş tutmasa və ya başa çatdırılmasa, həmin komandaya texniki məğlubiyyət veriləcək. Kollektivlərdən hər ikisi ilə bağlı problem yaranarsa, qalibi müəyyənləşdirmək üçün püşkatma olacaq.

4) Hakimlər briqadasının üzvlərindən hansınınsa koronavirus testi müsbət çıxarsa, UEFA həmin referini üz-üzə gələn yığmaların təmsil etdiyi federasiyalardan olan və adı FIFA siyahısında olmayan hakimlə əvəzləyə bilər. (report)




Xəbərin oxunma sayı : 5251




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap