Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milli Kredit Reytinqləri Agentliyi:“Bu il dünyada neftə tələbat 9-15% azala bilər“

Tarix 26.05.20, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ildə dünyada neftə gündəlik orta tələbat 2019-cu illə müqayisədə 9-15% azalaraq 86-91 milyon barelə düşə bilər.

TASS xəbər verir ki, bu proqnozla Rusiyanın Milli Kredit Reytinqləri Agentliyi çıxış edib.

Qurumun ekspertləri düşünür ki, tələbatın azalması bu il Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirin 50-60% azalaraq 75-95 milyard ABŞ dollarına düşməsilə nəticələnə bilər.

Qeyd edək ki, baza ssenarisi çərçivəsində, gələn ay dünyanın aparıcı iqtisadiyyata malik ölkələrində karantin rejimi nəzərəçarpacaq dərəcədə yumşaldılacaq, insanların hərəkətinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılacaq. Bu isə nəqliyyat xidmətlərinə və dolayısı ilə yanacağa (neftə) tələbatı artıracaq. Odur ki, analitiklər 2020-ci ilin II yarısından neftin qiymətlərinin 35-40 ABŞ dollarına, 2021-ci ildən isə 37-42 ABŞ dollarına yüksələcəyini proqnozlaşdırır. Son nəticədə gələn il Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 100 milyard ABŞ dollarına çata bilər.

Bununla belə, ekspertlərin fikrincə, OPEC+ sazişi çərçivəsində hasilatı məhdudlaşdıran yeni razılaşmaların olmaması, qiymət müharibələrinin yenidən başlaması fonunda aşağı neft qiymətləri 2025-ci ilə qədər davam edə bilər/Report.



Xəbərin oxunma sayı : 658




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap