Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milli Məclisdə deputatların sayı azaldı

Tarix 22.04.18, 0:18

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatlarının sayı azalıb.

Oxu.Az-ın xəbərinə görə, ölkə Prezidenti İlham Əliyevin son sərəncamı ilə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər.

Bu səbəbdən yaxın zamanlarda R.Rzayevin də deputatlıq səlahiyyətlərinə-fəaliyyətinə xitam veriləcək.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini,  o cümlədən, Mübariz Qurbanlı  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verilmişdi.

Qeyd edək ki, R. Rzayevin Dövlət Komitəsin sədri təyin olunması ilə millət vəkillərinin sayı daha bir nəfər azalacaq.

Bu yerdə qeyd edək ki, 5-ci çağırış parlamentin üzvü olan birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə 2017-ci ilin yazında xitam verilib.

Ötən həftənin bazar günü isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki, M. Əliyeva Xəzər rayonunu, A.Şahverdiyev ərazisinin  böyük bir hissəsi erməni işğalında olan Cəbrayıl rayonunu, R. Rzayev isə Göygöl rayonunu parlamentdə təmsil ediblər.



Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap