Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Milli Məclisin deputatı: Soydaşlarımızın yandırılmasına reaksiya verilməlidir

Tarix 26.12.16, 13:30

Font ölçüsü : - / +
bitmap-img6


Moskvada yandırılan azərbaycanlılarla bağlı məsələyə ölkəmizdəki aidiyyatı qurumlar münasibət bildirməlidir.

Bunu Şərq.az-a ötən gün Moskvada dostları tərəfindən yandırılan azərbaycanlılar haqqında danışarkən millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Rusiyanın müxtəlif regionlarından azərbaycanlılarla bağlı üzücü xəbərlər gəlməsi yaxşı hal deyil: "Həmvətənlərimiz orada Azərbaycan və ya Rusiya vətəndaşlığı ilə yaşayıb, təhsil alır, işləyirlər. Ziyallılarımız, İş adamlarımız, tələbələrimiz kifayət qədər çoxdur. Rusiyanın müxtəlif bölgələrində ölkəmizin diaspora təşkilatları, konsulluqları, sədirlikləri bu şəxslərlə maraqlanır və hər hansı problemlərin həllində birbaşa iştirak edir. Ancaq aydın məsələdir ki, təşkilatlar orada yaşayan həmyerlilərimizin hamısını nəzarətə götürə bilməz və bütünlüklə cavabdehlik daşıya bilməz. Ona görə də, bir azərbaycanlı kimi istəyirəm ki, dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımızla bağlı belə hadisələr baş verməsin. Bunlar təbii ki, nə millətin, nə də dövlətin adına ucalıq gətirmir”.

Ölkəmizdə fəaliyyət göstərən qurumların bununla bağlı mövqeyinə tonunan E.Məmmədov vurğulayıb ki, Xaricdə Yaşayan Vətəndaşlarla İş üzrə Dövlət Komitəsi cinayətin detalları ilə maraqlanmalıdır: "Azərbaycanlılar sıx yaşayan ölkələrdə bu komitənin nümayəndəlikləri fəaliyyət göstərir. Müxtəlif ictimai təşkilatlar, birliklər, diaspora strukturları və müxtəlif cəmiyyətlər belə hadisələrə reaksiya verməlidir. Xarici İçlər Nazirliyimiz öz xətti ilə, konsulluqların və sədirliklərin xətti ilə bu işlərlə bağlı maraqlanır. Hansısa azərbaycanlı ilə bağlı nə isə bir hadisə baş veribsə, dövlət səviyyəsində, Xarici İşlər Nazirliyi, eləcə də adını çəkdiyimiz təşkilatlar səviyyəsində mütləq onların qayğısına qalmalıyıq. Harada yaşamasından, nə işlə məşğul olmasından asılı olmayaraq heç bir vətəndaşımızı diqqətdən kənarda buraxmamalıyıq”.

Qeyd edək ki, ötən gün Moskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan ata dünyasını dəyişib.



Xəbərin oxunma sayı : 169




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap