Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milli Məclisin payız sessiyasının gündəliyi

Tarix 19.09.17, 17:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

“Report”un xəbərinə görə, plenar iclas oktyabrın 2-də keçiriləcək.

Parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn ilk birinci iş günü öz işinə başlayır.

İclasın gündəliyi tam hazır olmasa da, gündəliyə daxil ediləcək bəzi məsələlər məlum olub. Bunlar “Müdafiə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Muzeylər haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Təhsil haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Yaşayış minimumu haqqında” qanunlarına əlavə və dəyişiklik layihələridir.



Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap