Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...” Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO
Axtar
 
  • / Maqazin / — 03 Aprel 2019

    Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR

  • / Maqazin / — 03 Aprel 2019

    Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO

  • / Maqazin / — 01 Aprel 2019

    Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...”

  • / Maqazin / — 31 Mart 2019

    Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO

  • / Maqazin / — 30 Mart 2019

    Azərbaycanlı müğənni yataqda - Foto

  • / Maqazin / — 27 Mart 2019

    Nəsrin Cavadzadə elə libas geyindi ki... - Foto

Milli Məclisin sədri İranda Ruhani və digər rəsmilərlə görüşdü –Müzakirə + FOTO

Tarix 25.12.18, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


İranda rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılığ etdiyi parlament nümayəndə heyəti Prezident Həsən Ruhani ilə görüşüb.

AzFakt.com Milli Məclisə istinadən xəbər verir ki, Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.

Söhbətdə bildirilib ki, iki ölkənin dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb.

Həmin gün nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Bu görüşlərdə ölkələrimiz arasında həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, regiondakı ictimai-siyasi vəziyyət barədə söhbətlər aparılıb. Parlament nümayəndə heyətinin İrana səfəri davam edir.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, İsa Həbibbəyli, Hadi Rəcəbli, deputatlardan Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.



Xəbərin oxunma sayı : 199

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda