Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milli Məclisin sədri Gürcüstana gedib- Zurabişvilinin inauqurasiyasında iştirak etmək üçün

Tarix 16.12.18, 13:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvilinin bu gün keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

“Report”un yerli bürosunun xəbərinə görə, Tbilisi beynəlxalq hava limanında parlament sədrini Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qarşılayıb.

O.Əsədovun başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov daxildir.

Tbilisi hava limanında Azərbaycan nümayəndə heyəti və L.Darsalia arasında qısa görüş keçirilib. L.Darsalia O.Əsədova Gürcüstana səfər etdiyinə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, gələcəkdə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Gürcüstanın beşinci prezidenti S.Zurabişvilinin andiçmə mərasimi Telavi şəhərində saat 15:00-da keçiriləcək.

Daha əvvəl Gürcüstan müxalifəti yeni prezidentin inauqurasiya gününə etiraz aksiyası planlaşdırdığını elan etmişdi.




Xəbərin oxunma sayı : 133




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap