Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Milli Mətbuat Günü Mətbuat Şurasının qarşısında aksiya – Bir nəfər saxlanılıb

Tarix 22.07.19, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


“İyulun 22-də – ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər”.

AzFakt.com xəbər verir ki, bu sözlər Daxili İşələr Nazirliyinin yaydığı rəsmi məlumatda yer alıb.

Bildirilib ki, medianın inkişafı üçün üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir:

“Özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyatı dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstərmişlər.

Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınmış və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşmışlar.

Onlar bununla kifayətlənməyərək anoloji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışmış, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməmişdir.

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılmış, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılmışdır”.



Xəbərin oxunma sayı : 307




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap