Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Milli Onkologiya Mərkəzinə hər gün 1200 müraciət olur - Deputat şok rəqəmləri açıqladı

Tarix 18.09.19, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirlib.

AzFakt.com "Modern.az"a istinadən xəbər verir ki, iclasda Səhiyyə komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov bəzi təkliflərlə çıxış edib.

O deyib ki, tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir.

"Yəqin ki, bu məsələyə baxılacaq”, - Kəmaləddin Qafarov deyib. 

Deputat dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib. Onun sözlərinə görə,  hazırkı tələblər dərman vasitələrinin qeydiyyatında çətinlik yaradır: 

“Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması – dərman, servis və.s üçün 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır".

Milli Onkologiya Mərkəzi baş direktorunun müavini bu tibb müəssisəsinə müraciət edənlərin sayını da açıqlayıb:

"Milli Onkologiya Mərkəzinə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap