Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Milli qəhrəmana oxşamayan baş nazir – Səudiyyə əsirliyində olmuş Həririyə işğəncə verilib

Tarix 04.04.18, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Livanın baş naziri Səəd Həriri Fransanın mədəniyyət naziri Fransuaza Nissen ilə nahar etməyə hazırlaşarkən, Məhəmməd bin Salman Həririni Riyada çağırıb

Həriri Səudiyyə vətəndaşıdır və onun indi borc içində üzən “Saudi Oger” inşaat şirkəti Səudiyyə dövləti üçün milyonlarla dollar dəyərində layihələrə imza atıb. Odur ki, Həriri MBS-nin çağırışını qulaqardına vura bilməzdi.

MBS-nin Həriri ilə münasibətləri İranla davam edən qarşıdurma ucbatından pisləşib. Səudilər və Əmirliklər Yəmənə təxminən üç il əvvəl müdaxilə edib və həmlə fəlakətlə nəticələnib. Husilər hələ də paytaxtı əllərində saxlayır, “Hizbullah” və iranlı elit komandoslar yeni üsyançı döyüşçülər hazırlayırlar. Daha da betəri – iranlıların təmin etdiyi raketlərlə üsyançıların Səudiyyə Ərəbistanını bombalamasıdır.

Raket təchizatını dayandırılması məqsədilə səudilər və Əmirliklər humanitar fəlakəti gücləndirən Yəmən limanlarını blokadaya alıblar. On mindən artıq insan ölüb, yüz minlərlə insan aclıq və vəbaya qurban gedib.

MBS-nin bu narahatlığına daha bir əlavə – “Hizbullah”ın Livandakı mövqeyidir.

Livanda vətəndaş müharibəsi başa çatdıqdan sonra, 1990-cı illərdə Səudiyyə Ərəbistanı, “Hizbullah”ın ən güclü partiyaya və hakim hərbi gücə çevrildiyinə tamaşa edə-edə, bu ölkənin yenidən qurulmasına kömək etmək üçün milyardlarla dollar vəsait ayırıb. Bir neçə ildir ki, ABŞ və Səudiyyə hökumətləri qarşılıqlı olaraq Livan ordusu qurmaq üçün birləşiblər.

2016-cı ildə MBS müdafiə naziri olaraq 3 milyard dollarlıq hərbi yardımı ləğv edərək, bunun boşuna pul sərfiyyatı olduğu qənaətinə gəlib. Bir amerikalı sabiq rəsmi mənə dedi: "MBS Livana göndərdiyi hər bir dollarla əslində, “Hizbullah”ı dəstəklədiyini başa düşdü".

Səudilər Həririnin “Hizbullah”a müqavimət göstərə biləcəkləriniə ümid etdilər. O, sünni və 2009-2011-ci illərdə baş nazir vəzifəsində işləmiş təcrübəli siyasətçi idi. Parisə qaçarkən, əsasən, “Hizbullah”ın onu öldürməyə hazırlaşdığını düşünürdü. 2005-ci ildə atası Rəfiq Həriri – Səudiyyə Ərəbistanın dəstəklədiyi baş nazir avtomobilə qoyulmuş bomba ilə öldürülüb (BMT Tribunalı “Hizbullah”ın dörd üzvünü bu cinayətdə ittiham edib).

2016-cı ildə, parlament böhranından iki il sonra Səəd Həriri dövlət başçısı olmayan ölkəyə qayıdıb və yenidən vəzifə kürsüsünə yüksəlib.

Amma Həriri “Hizbullah”ı məğlub edə bilməyib, hətta MBS onu daha sərt siyasətə yönəltsə də.

Qopma nöqtəsinin təməli noyabr ayının əvvəlində qoyulub. İranın yüksək səviyyəli rəsmisi Əli Əkbər Vilayəti Livana gəlib və Həriri ilə görüşüb. Sabiq amerikalı rəsminin sözlərinə görə, Vilayəti bildirib ki, İran regionda özünü təsdiqləməyi davam etdirməyi planlaşdırır.

Bundan sonra Həriri onunla bir şəkil çəkdirib, bu fotoda o gülümsəyib.

Xəbər MBS-yə çatanda, o, qəzəbdən dodaqlarını dişləyib. "Artıq nəsə etməli olduğunu düşünüb”, – sabiq rəsmi deyir.

Həriri MBS ilə görüşmək üçün çağırıldığı zaman, kral ailəsindən səmimi bir ziyafət gözləyirdi. "Səəd MBS ilə bütün problemlərinin həll ediləcəyini düşünürdü". Bunu mənə Həririnin bir köməkçisi dedi. Bunun əvəzinə, o, Riyadda polis tərəfindən nəzarətə alınıb.

Bölgədə fəaliyyət göstərən iki sabiq amerikalı səlahiyyətlilərin sözlərinə görə, Həriri on saat əsir saxlanılıb. "Səudilər onu bir stula oturdub və bir dəfələrlə toqqa ilə vurublar" (Həririnin sözçüsü bunu rədd edib).

Sonda, Səudiyyə televiziyasında bir gerçək videoda Həriri tükənmiş bir vəziyyətdə görünüb və oxuduğu mətndə onu öldürmək istəyən iranlı qrupdan qurtulmaq üçün Livandan qaçdığını iddia edib. Çox vaxt “yumşaq” danışan Həriri deyib ki, "İranın bölgədəki əlləri kəsiləcək". Bununla da o, bir çox livanlını bu çıxışın başqası tərəfindən yazıldığına inandırıb.

İndi Livanın yeni baş nazirinin kim olacağı aydın deyil; yerli və Qərb səlahiyyətlilərinin sözlərinə görə, MBS vaxtının çoxunu Monakoda sərf edən Həririnin qardaşı Bəhaya müraciət etməyə çalışıb. Yaxın Şərqdəki bir yüksək səviyyəli Amerika rəsmisi deyir ki, "bu regionda gördüyüm ən dəhşətli süjetdir".

Amma MBS Riyad zirvəsində, ehtimal ki, əvvəlcədən Tramp administrasiyası ilə hərəkətlərini koordinasiya edib. Ağ Evə yaxın olan keçmiş kəşfiyyat rəsmisi mənə MBS-nin Həriridən qurtulmaq üçün "yaşıl işıq" aldığını söyləyib (Bir üst səviyyə administrasiya səlahiyyətlisi bunu təkzib edib). Sabiq kəşfiyyatçı deyib: "Ziddiyyətli bir gerçək var, Yaxın Şərqdəki status-kvo işləmir. Onu pozmaq istəyirlər".

Qərb səlahiyyətliləri Həririnin tutulmasından sonra onu xilas etmək yarışına çıxıb. Tillerson: "ABŞ Livanın sabitliyini dəstəkləyir və bu sabitliyi təhdid edən hər hansı bir hərəkətə qarşı çıxır", – deyərək bəyanat verib. Fransa prezidenti Emmanuel Makron Həririni azad etmək üçün MBS ilə təmasda olub.

Mübadilə biliklərindən xali bir Qərb diplomatının fikrincə, MBS Makronu İranla iş qurmağı dayandırmasa, Fransa ilə ticarət əlaqələrini kəsməsi ilə təhdid edib. Makron yumşaq şəkildə deyib ki, Fransa kimi bir ölkə istədiyi ölkəylə ticarət edə bilər.

"Makron işin öhdəsindən yaxşı gəlib", – qərbli diplomat əlavə edib.

Son nəticədə, Livanın siyasi quruluşunun əksəriyyəti Həririnin əsirliyini etiraz edərkən, plan çökdü. O,  Parisdə və Qahirədə vəzifəli şəxslərlə görüşdükdən sonra da Beyruta qayıdıb. "Bütün ölkə hazırda onun ətrafında birləşir", – deyə yüksək səviyyəli “Hizbullah” lideri mənə dedi.

Qayıtdıqdan bir neçə gün sonra mən Beyrutda Həriri ilə görüşməyə getdim. Həriri Aralıq dənizinin sahilində zərif üslubda tikilmiş, yüksək hasarlı villaların olan Beyt əl-Vasat məhəlləsində yaşayır. Yaxınlıqdakı Maxen Abraxam sinaqoqu vətəndaş müharibəsi dövründə xarabalığa çevrilib və Həriri ailəsinin köməyi ilə sonradan bərpa olunub.

Dəbdəbəli mühitə baxmayaraq, tükənmiş keçmiş məhbus qəhrəmana oxşamırdı.

"Mən baş verənlər barədə danışmaq istəmirəm, – deyərək masa arxasında oturdu. – MBS haqlıydı, OK? Eləməyə çalışdığı düzdür…”

 Dekster Filkins

“Newyorker”

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 499




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap