Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Millimizdən təklif aldığını təsdiqlədi - “Azərbaycanda işləmək istəyirəm“

Tarix 28.02.20, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


"AFFA-dan mənimlə əlaqə saxlayıblar. Millinizə başçılıq etməklə bağlı təklif almışam".

AzFakt.com xəbər verir ki, bu fikirləri "Report" agentliyinə açıqlamasında Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis hazırkı məqamda təyinatı ilə bağlı dəqiq bir şeyin olmadığını bildirib: "Əslində qeyri-rəsmi məlumatları şərh etməyi xoşlamıram. Həyatımda heç vaxt bunu etməmişəm. Yalnız konkret faktlar barədə danışıram. Təyinatın nə vaxt gerçəkləşəcəyi mənə aid məsələ deyil. Nə vaxt baş məşqçi təyin olunsam, sizə də məlumat verəcəyəm. Amma onu deyim ki, yığmanızda çalışmaq istərdim. Niyə də olmasın?!"

63 yaşlı mütəxəssis uzun illər Albaniya millisinin formasını geyinmiş "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ilə Azərbaycan yığması barədə danışmadığını söyləyib: "Ansi mədəni insandır, həm əla oğlan, həm də yaxşı futbolçudur. Onunla çox şey haqqında danışmışam. Amma Azərbaycan barədə söhbətimiz olmayıb".

Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya millisinə başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı Avropa çempionatına vəsiqə qazanıb. 



Xəbərin oxunma sayı : 700




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap