Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Millimizə yeni futbolçu gəlir - Rüstəm Əhmədzadə

Tarix 08.02.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə milli komandamızın baş məşqçisi Canni de Byazi Antalyada olub.

İtaliyalı mütəxəssisin səfərində məqsəd millimizə dəvəti gözlənilən futbolçuların oyununu izləmək olub. Söhbət Ukrayna Premyer Liqa təmsilçisi “Minay” klubunun üzvləri Anatoli Nuriyev (yarımmüdafiəçi, 24 yaş) və Rüstəm Əhmədzadədən (hücumçu, 20 yaş) gedir.

Qeyd edək ki, hər iki futbolçu Antalyada “Veres”ə (Ukrayna) qarşı keçirlən yoxlama matçının (4:0) iştirakçıları olub. De Byazi bu matçı canlı izləyib.  Nuriyev 70, Əhmədzadə isə 45 dəqiqə meydanda olub.

Oyundan sonra Canni de Byazi hər iki futbolçu ilə ayrılıqda görüşüb. Rüstəm Əhmədzadə azerisport.com saytına açıqlamasında bildirib ki, o, milli komandamızda oynamaq təklifini qəbul edib.

“Bu, mənə maraqlıdır. Azərbaycan millisində oynayacağım üçün şadam” – deyə o bildirib.

Onun sözlərinə görə, milliyə nə vaxt qoşulacağını hələ bilmir: “Çünki rəsmi sənədləşmə başlamayıb. Amma ümid edirəm ki, hər şey alınacaq”.

Nuriyevin dəvəti qəbul edib-etməyəcəyi barədə isə məlumat yoxdur.



Xəbərin oxunma sayı : 892




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap