Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milliyə yararsız əcnəbi futbolçular gətirilir - proses bərpa olunur

Tarix 19.02.19, 17:06

Font ölçüsü : - / +
bitmap-img6


"Sumqayıt” klubunun Əmir Ağayev adlı israilli futbolçusu ölkəsinin mətbuatında bu gün yayımlanan müsahibəsində deyib: "Klubumuzun prezidenti (Riad Rəfiyev – red.) mənə Azərbaycan millisində oynamaqla bağlı təklif irəli sürüb. Görək, sonra nəcə olur. Mən əsl israilliyəm, damarımda israilli qanı axır. Ona görə də bununla bağlı qərar qəbul etmək asan deyil”.

Ad-soyadından göründüyü kimi, Əmir Ağayevin Azərbaycanla hər hansı qan bağlılığı da ola bilər. 26 yaşlı yarımmüdafiəçi Azərbaycan vətəndaşlığı almaq üçün işlər aparıldığını özü də etiraf edir. İndi əsas məsələ bu deyil, əlbəttə. Odu ki, Riad Rəfiyev bu qüdrəti hardan və kimdən alır ki, milliyyətindən asılı olmayaraq, "Sumqayıt”a bu qış, yəni cəmi bir ay əvvəl transfer edilən və burada üçcə oyun oynayan, özünü təsdiq etməyən futbolçuya ölkənin A millisində oynamağı təklif edir? Sualın cavabını AFFA-nın baş katibi Elxan Məmmədovun öhdəsinə buraxaraq, qayıdaq Riad Rəfiyevə.

Rəfiyev kimdir?

Riad Rəfiyevin atası Rasim Rəfiyev Azərbaycan futboluna səmimi şəkildə xidmət etmiş, bunun üçün sərvətini xərcləmiş azsaylı fədakar insanlardan biri olub. Rasim bəyin işıqlı xatirəsini minnətdarlıqla anaraq qeyd edək ki, 1990-cı ilin ortalarında ölkəmizin də, futbolumuzun da ağır durumda olduğu dönəmdə "Neftçi”ni himayəyə götürərək onu yaşadıb, A milli komandaya da dəstəyi az olmayıb. Amma təəssüf ki, oğlu Riad Rəfiyev bir futbol idarəçisi kimi daha çox neqativ fəaliyyəti ilə tanınır. O, "Sumqayıt”ın prezidenti olmaqla yanaşı, hazırda və uzun illərdi AFFA üçün menecerliklə də məşğuldur. Baş katib Elxan Məmmədovun əsas kadrlarından biri sayılır. "Sumqayıt”ın prezidentliyinə məhz Məmmədovun dəstəyi ilə təyin edildiyi də sirr deyil. İndiyədək Rəfiyevin vasitəsi ilə ölkəyə zay məhsuldan qətiyyən fərqlənməyən bir xeyli legioner futbolçu gətirilib, bəziləri milliləşdirilib də. Sonuncu uğursuz futbolçulardan biri Eddi İsrafilov olub. Qeyri-rəsmi xəbərlərə görə, təkcə onun millimizə gətirilməsi üçün 1 milyon avro xərclənib. Eddinin futbolumuz üçün olmayan xeyiri haqda qətiyyən danışmağa dəyməz. Amma belələrinə bu qədər pul xərcləməkdənsə, Azərbaycanın bölgələrində 2-3 normal normal futbol məktəbi yaradıb, gələcəyin yaxşı futbolçularını yetişdirilməsinə başlamaq olardı. Amma ağılları ya ora qədər kəsmədi, ya da sadəcə, istəmədilər.

Qurban Qurbanovun Riad Rəfiyevi uzaqlaşdırması

2017-ci ilin sonlarında Qurban Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun verdiyi ilk qərarlardan biri də Riad Rəfiyevi millidən kənarlaşdırmaq oldu. Bəli, Rəfiyev A millidə həm də inzibati işlərlə də məşğul idi. Qurbanovun milliyə gəlişindən narazı olanlar sırasında Rəfiyev xüsusi yer tuturdu. Çünki hər nə qədər arxasında AFFA rəhbərliyi dursa da, onun milliyə futbolçular gətirmək, kiçik manevr etmək imkanları belə tamamilə məhdudlaşdırılmışdı. Millidə əcnəbiləşdirmə siyasətinə qarşı olan Q.Qurbanovun 1 illik fəaliyyətinə nöqtə qoyulduqdan sonra isə Rəfiyev və AFFA-ya yaxın digər futbol menecerlərinin fəaliyyətində canlanma hiss olunur.

Hələlik bu, yalnız milli komandalara ciddi uğuru olmayan əcnəbi məşqçilərin gətirilməsi ilə müşahidə olunur (Nikola Yurçeviç – A milli, Milan Obrodoviç – U-21, Miloş Velebit – U-16). Amma yaxın illərin təcrübəsindən çıxış edərək qeyd etmək olar ki, əsasən, "Sumqayıt” xətti ilə Azərbaycan millilərinə əcnəbi futbolçuların gətirilməsi prosesinin bərpa olunması ehtimalı nəinki az deyil, hətta yüksəkdir. Hər halda Əmir Ağayevin açıqlaması  və onunla bu barədə söhbətin aparılması bizə yaxın perspektivdə uğursuz əcnəbi oyunçuların yenidən milliyə cəlb ediləcəyini deməyə əsas verir.

İstənilən əcnəbi futbolçunun milliləşdirilməsi isə AFFA-nın, daha dəqiqi onun sponsoru olan dövlətin şirkəti SOCAR-ın büdcəsindən ən azı yüzminlərlə avronun xərclənməsi, bəlkə də bəri başdan havaya sovrulması deməkdir. O qədər pul milliləşdirilmiş, yaxud milliləşdiriləcək futbolçulara xərclənir, amma bizim bölgələrdə istedadı olan 90-95 faiz uşaq sırf futbol məktəbləri yoxdu, yaxud bərbad vəziyyətdədi deyə karyeraları başlamamış məhv olur...

Mənbə: qol.az



Xəbərin oxunma sayı : 559




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap