Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Milyarder vəliəhd şəraitsiz kamerada saxlanılır

Tarix 20.02.17, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda həbsdə olan "Samsunq"un vəliəhdi və dünyanın ən zəngin adamlarından biri milyarder Li Cey-yong 6.56 kvadrat metrlik kamerada saxlanılır. Onun saxlanıldığı kamerada duş yoxdur, yalnız arakəsmə ilə küncdə tualet və əl-üz yuyan var və yatmaq üçünisə yerdə döşək qoyulub.

Musavat.com in.reuters.com saytına istinadən xəbər verir ki, Li təkadamlıq kamerada saxlanılır və digər məhbuslarla əlaqə saxlanılmasına icazə verilmir. Seul Təcridxnasının rəsmisi bildirib ki, bu ictimaiyyətin diqqət mərkəzində olan işdir və cinayət işi ilə bağlı həbs edilən digər şəxslər də eyni təcridxanada saxlanılır. Təcridxanadan Linin həm cinayət işi ilə, həm təhlükəsizlik nöqteyi-nəzərindən təkadamlıq kamerada saxlanıldığı açıqlanıb. Vəliəhdin hüquqşünasları isə məsələ ilə bağlı şərh verməyib.

Xatırladaq ki, "Samsun" şirkətinin de-fakto rəhbəri Li Cey-yong Cənubi Koreyada rüşvət iddiaları ilə həbs edilib. Li hazırda şirkətin sahibi xəstə atası Li -Kun Lini əvəz edirdi. Onun həbsi Cənubi Koreya prezidenti Park Ceunun impiçmentinə səbəb olan rüşvət skandalı ilə əlaqədardır. Məhkəmə tərəfindən verilən açıqlamaya görə Li rüşvət və nüfuzundan sui-istifadə etmək səbəbi ilə həbs edilib. Samsunq şirkətinin bir sıra fondlara hökumətin xeyrinə ianələr yatırdığı bildirilir.




Xəbərin oxunma sayı : 85




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap