Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Milyarderlər administrasiyası: Zəngin Trampla yoxsul seçiciləri arasında uçurum böyüyür

Tarix 11.04.17, 5:55

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Evin mətbuat katibi Şon Spayserin bu yaxınlarda dilə gətirdiyi zahirən cəfəng söz yığınlarından biri administrasiyada həddindən artıq varlı kişi və qadınların çalışması fikridir.

"Prezident bu administrasiyaya xeyli belə şəxs gətirib və bu adamlar həyatda böyük uğurlar qazanıb. Onlar Ağ Evdə çalışmaq üçün öz aktivlərindən imtina etməli olub", – deyə Spayser bildirib.

…İnsanlar tez-tez deyirlər ki, onlar dövlət qulluğunda çalışmaq üçün aktivlərini satmalı və ya daha nədənsə xilas olmalıdırlar. Amma xeyli adam var ki, bu administrasiyada təmsil olunmaq üçün nə desən edər.

Sizinlə mübahisə etməyə hazıram, Şon. Lovğa idealların və məkrli məqsədlərin bəyan edildiyi dünyada bəziləri bunu bəlkə də xeyirxah vəzifə adlandıracaq, guya sərvət və güc ilə sosial məsuliyyət yaranır. Əslində, belə də olmalıdır.

Amma Donald Trampın dünyasında Ağ Evə ifrat canatma özünüz və başqaları üçün daha çox sərvət və güc yaratmaqdan ötrü sərvət və gücdən istifadə sınanmış, qızıl vasitədir. 

Yeni işəgötürən boss maraqlar toqquşmasına daha çox yaxınlaşdıqca bundan faydalanmaq imkanları da artacaq.

Başqa sözlə, siz və bu prezident vəzifədən getdikdən, özünüzdən sonra puç olmuş xəyallar cığırı və sizinlə müqayisədə, daha az əlverişli həyat arasında çırpınan insan kütləsi yaratdıqda, yüksək rütbəli Ağ Ev əməkdaşı kimi vaxtında imtina etmədiyiniz aktivlərin dəyəri xeyli yüksək olacaq.

Ötən həftə Ağ Evdəki işindən çıxarılan 180 işçinin maliyyə bəyannaməsi açıqlandıqdan sonra "Washington Post" yazdı ki, "seçki kampaniyasını fəhlə sinfinin öndəri kimi aparmış Tramp özünü varlı məsləhətçilərin çevrəsi ilə əhatə edib". 

Maliyyə bəyannamələrinin açıqlanması göstərdi ki, Trampın top-menecerləri "Wall Street", "Hollywood", daşınmaz əmlak və media sahəsində milyonlarla dollar qazanıb.

Həmin adamların yalnız 27-inin ümumi sərvəti 2,3 milyard $-dır. Bu vəsait Trampa səs vermiş Amerika mahallarının 80 faizində yaşayan insanların ümumi gəlirindən (86 faiz) belə çoxdur. "…Bu, Trampın komandası və Trampa dəstək verən seçicilər arasındakı uçurumu böyüdür", – deyə "Washington Post" yazmışdı.

Baş iqtisadi məsləhətçi, sərvəti təxminən 611 milyon $ olan "Goldman Sachs"lı Qeri Kon; indi texnologiya təşəbbüsləri üzrə məsul, merilendli daşınmaz əmlak satıcısı, ən azı 197 milyon $ sərvəti olan Rid Kordiş və əlbəttə, İvanka Tramp və əri, indi "Kürəkən" adıyla yüksələn Cared Kuşner – bu şəxslər komandanın aparıcı oyunçularıdır.

İvanka və hazırda vəzifələrinə Yaxın Şərqdə sülh yaratma da daxil olan Cared 740 milyon $-a sahibdirlər.

Erik Lipton və Cessi Druker "New York Times"da yazırlar: "Cənab Kuşner çoxmilyardlı daşınmaz əmlak üzrə ailə biznesində bir çox şirkətlərdəki 200-dən çox vəzifədən istefa verməli olub. Amma maliyyə hesabatı göstərir ki, cənab Kuşner həmin hüquqi şəxslərin benefisiarisi kimi qalacaq".

"Times" mütəxəssislərinin fikrincə bu, böyük, "təhlükəli hüquqi və etik" problemdir. Daşınmaz əmlak investoru kimi, Kuşner ailəsi Amerikanın xarici siyasət maraqları olan Çin, Rusiya, Yaxın Şərq və digər yerlərdən pul cəlb edir… 

Başqa bir məsələ. Məlumatlara baxanda, təəccüblü həm də budur ki, Ağ Evdə vəzifə tutmaq iddialarını bildirənlərin əksəri pullarının böyük hissəsini miras, bank əmanətləri və ya sənayeyə yatırımlar vasitəsilə deyil, siyasi konsaltinq sahəsində qazanıblar.

Prezidentin müşaviri Kelliann Konveyin – ekspert və məsləhətçi – 44 milyon $ dəyərində aktivləri var. Ötən il bu xanım "Çay Partiyası" və Ali Məhkəmə şəbəkəsi daxil olmaqla 75 mənbədən 842.614 $ qazanıb.

Stiv Bennon ilkin kapitalını beynəlxalq investisiya bank xidmətləri (o cümlədən "Goldman Sachs") ilə əldə etsə də, hazırkı antiqlobalist miliyyətçilik və iqtisadi populizm şəraitində sərvətinin çoxunu "Breitbart" saytı, kinematoqrafiya, təhlil və konsaltinq sahəsində qazanıb. Onun aktivləri 56 milyon $-a çatıb.

Maykl Vinşip

"Huffington Post"

Strateq.az



Xəbərin oxunma sayı : 277




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap