Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Milyonların Şəhidi - Əmrah Rəcəbov

Tarix 14.01.21, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


... Bundan bir neçə gün əvvəl sosial şəbəkədə şəhidimiz Rəcəbov Əmrahın şəklini paylaşmışdım. Bəlkə çoxumuzun videolardan tanıdığı Elçin Əhmədov bir şərh yazmışdı. Elə Elçin də Əmrah kimi Uşaq evində böyüyən igidlərimizdən biridir. O deyir ki, bizləri dövlət böyütdüyü üçün Vətənə çox bağlı oluruq. Çünki bu həyatda bir anamız var, o da Vətəndir. Biz nəyəsə görə döyüşmürük, biz Vətənə olan sevgimiz üçün burdayıq. Biz döyüşürük ki, övladlarımız, ölkəmiz sülh içində yaşasın. Əgər biz şəhid olsaq da, Vətən sağ olsun. Bu sözlər əlbəttə təsir edicidir. Ancaq bunları Vətən uğrunda döyüşən bir əsgərin deməyi daha da duyğulandırır adamı.
İndi haqqında danışacağım Əmrah isə artıq həyatda deyil. Əminəm ki, həyatda olsa, o da bu sözləri deyərdi. Çünki o Vətəndən başqa kimsəsi olmayan, canını bu həyatdakı tək yaxınına, Vətəninə - ailəsinə fəda edən bir igiddir. Gəlin, əvvəlcə Vətən, millət uğrunda canından keçən Əmrahın taleyini yaxından öyrənək...

Rəcəbov Əmrah 11 dekabr 2000-ci ildə Gəncə şəhərində anadan olub. Hələ kiçik yaşlarında atasını itirən Əmrah anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta təhsilini Gəncə şəhər 34 nömrəli tam orta məktəbində alıb. Məzun olduqdan sonra da ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağırılıb.

Əmrah Xidməti fəaliyyətini Beyləqan rayonunun N saylı hərbi hissəsində icra edib. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlamasından sonra Füzuli əməliyyatına cəlb olunub və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak edib.
Vətənin dar günündə onun müdafiəsinə qalxan Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olub. Qeyd edim ki, döyüş meydanından çıxardığı yoldaşı da onun kimi, dövlət himayəsində böyümüş Nicat Salahov olub. Nicat yaralı halda xəstəxanaya yerləşdirilsə də, müalicəsini tam bitirmədən silahdaşı Əmrahın qisasını almaq üçün yenidən cəbhəyə yollanıb. Ancaq təəssüf ki, Nicat Salahov da Şuşa şəhərində şəhid olub. Qeyd edim ki, yaxın günlərdə Nicat Salahov dəfn edilsə də, Əmrah Rəcəbovun tibbi-ekspertizası hələ də davam edir. Heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri də gecikməkdədir.
Əmrahın taleyinin dərinliyini öyrənəndə Şair Elşad Barat həm öz hisslərini, həm də mənim hisslərimi bu cümlələr ilə ifadə etdi:
Allah, məni daş elə,
Bütünlüklə daş olum,
Əmraha başdaş elə,
Əbədi yoldaş olum...
İndi bizim bir təsəllimiz var, qardaşımız, övladımız Əmrah Vətən uğrunda şəhadətə yetişib. Ancaq adamı təəssüfləndirən məqamlar da olur. Şəhidlərimizin anım günü ərəfəsində verilişlər qarşıma çıxdıqca bir şeyə diqqət edirdim, ən azından ailəsi olan şəhidlərin arxasından göz yaşı tökən, məzarında layla oxuyan anaları, bacıları, cənazəsini qaldıran ataları, qardaşları var. Söz onda deyil, təbii ki, bütün şəhidlərin bizdəki yeri eynidir və biz xalq olaraq kimsəsizlər üçün əlimizdən gələni edirik. Amma Əmrahı ilk görəndən göz yaşlarımı saxlaya bilmirəm. Bəlkə də onu özümə qardaş kimi görürəm. Hər gecə gözümün qarşısına simasını gətirib, dualar edib göz yaşları ilə yuxuya gedirəm. Amma yenə də rahatlaşmıram.
Bilirsiniz, mənə ən çox təsir edən nədir?! Çoxlarının valideyni övladı haqda ağız dolusu danışır, başına qaralar bağlayıb yasını saxlayır. Amma Əmrahın nə uşaqlığı var, nə də arxasından ağlayacaq kimsəsi. Açığı, televiziyada da şəkilini görmədim. Demək ki, insanın kimsəsi olmayanda tez yaddan çıxır. Nə bilim, bəlkə də heç yada düşmür. Biz hər gün Əmrahın timsalında Vətəndən başqa ailəsi olmayan qardaşlarımız, övladlarımız üçün ayrıca bir dua da etməliyik. Onları yaddan çıxarmayaq. Axı, şəhidlərə biz sizi unutmayacağıq deməklə, unutmamaq olmur. Odur ki, Əmrahın müqəddəs ruhu qarşısında söz verirəm, unudulmaması, adının əbədiləşməsi üçün əlimdən gələni edəcəyəm...
Eh, Əmrah, açığı, hərdən çox utanıram, torpağın altında sənin kimi oğullar yatıb deyə, bu torpağa basan ayaqlarıma lənət oxuyuram. Nə etsək, nə desək, borcunuzdan çıxa bilmərik. Çünki sən bu dünyadan doymadın, Əmrah. Yarım qalan xəyalların, arzuların, sanki hər addımda yolumu kəsir.
Qoyma yollarım kəsilsin, qardaş. Yolun düşsə bu dünyaya bir də gəl. Ancaq bu dəfə tamam başqa qədəmlərlə gəl. Gəlişinlə səndən əvvəl 5 qız övladı olan bir atanın oğlu olaraq gəl. Doğum evindəki tibb bacısı atanı müjdələyib desin ki, gözünüz aydın oğlunuz oldu. Atan da sevincək qucağına alıb bağrına basaraq səninlə fəxr eləsin. Ana-ata nəvazişi ilə böyük bacıların bircə dənə ərköyün qardaşı kimi böyü bu dəfə. Yenə Vətəni qorumağa get, yenə əsgər ol, amma sağ-salamat qayıt gəl, qardaş...

Günel ABBAS

gancapost.info



Xəbərin oxunma sayı : 727




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap