Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi:“Qarabağ Azərbaycanındır!“- VİDEO

Tarix 17.10.19, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin “Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib.

Yürüş barədə video sosial şəbəkələrdə yayılıb.

Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər.

Dağlıq Qarabağdakı separatçı rejimi “kadrların köhnə ola biləcəyini” bildirib.

Lakin kadrlardan aydın olur ki, yürüş ötən gün oktyabrın 16-da baş tutub. “Bu gün oktyabrın 16-da Tərtər rayonunda bütün tələbələr və rayon əhalisi Qarabağa yürüş keçirdi. Qarabağın azad olunmasına görə hamımız səfərbər olunduq. Qarabağın azadlığı yolunda hər kəs canından keçməyə hazırdır. Əhali bir ucdan gəlir, Tərtər rayonunda əhali qalmayıb, hamısı buradadır…”,- yürüşü mobil telefonla videokameraya çəkən yerli sakin kadr arxasından bildirir.

Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Soçidə, “Valday” klubunun yığıncağında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına cavab verib. “Qarabağ Azərbaycandır, nida işarəsi!”,-İlham Əliyev bildirib.

Virtualaz.org





Xəbərin oxunma sayı : 1051




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap