“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mirşahin YAP-ı tənqid etdi: “Böyük uçurumlara bünövrə olduğunun fərqindəyəm...”

Tarix 14.09.20, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllif və aparıcısı olduğu "Mirşahinin vaxtı" verilişində aktual mövzuya toxunub.

AzFakt.com xəbər verir ki, o verilişdə hakim Yeni Azərbaycan Partiyasından danışıb.


Mirşahin deyib ki, hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir: "Mən sosial şəbəkələrin hansısa bir şəkildə nəzarətsiz qaldıqca yaratdığı virtual tələlərin, qazılan görünməz yarğan və quyuların getdikcə daha böyük uçurumlara bünövrə olduğunun fərqindəyəm. Azərbaycanın bütün jurnalistlərinin, media və mətbuat mənsublarının iştirakı ilə geniş toplantı keçirilsin bəlkə? Bəlkə Hakim Yeni Azərbaycan Partiyasının fövqəladə qurultayı çağrılsın, bəlkə milli ideologiyamızda qeydə alınan boşluqların geniş bir müstəvidə müzakirəsi aparılsın, bilmirəm, amma hər halda toplaşmağa, sosial şəbəkələr, sosial mediya da daxil olmaqla ən ciddi problemlər, vətən və millət üçün təhlükə törədən dərdlər toplusunun müzakirəsinə ehtiyac var. İslahatların 2018-ci ildən başlanan mərhələsindən sonra yeni ideoloji keyfiyyət və onun cəmiyyətə çatdırılma tempinin sıçrayışla artırılması tələbi yaranıb. Ayaqlaşmırıq, cənablar! Yeni Azərbaycan son hadisələrin doğurduğu partiya daxili səndələmələrə, büdrəmələrə baxmayaraq toparlanmalı, Prezidintin uğurlarına, Partiya sədrinin dövlət başçısı tək əldə etdiyi mütləq nailiyyətlərə özünü formal olaraq pərçim etməməli, bu uğurların şərikliyinə haqqı çatmalıdır. Hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir. Sosial mediya və sosial şəbəkələr məşhur "Otbiçən” filminin sonda monstra çevrilmiş qəhrəmanının taleyini yaşayır".

 





Xəbərin oxunma sayı : 490




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap