Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

MKİ-nin məxfisizləşdirilən “Kennedi sənədləri” başqa bir sirrin üstünü açıb: Adolf Hitler yenildikdən sonra Argentinaya qaçıb - Araşdırma

Tarix 30.10.17, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Çoxlu konspiroloji nəzəriyyədən biri bildirir ki, Adolf Hitler Berlində fürerbunkerdə intihar etməyib, Yeva Braunla Argentinaya qaçıb. Rəsmi versiyaya əsasən, onların cəsədləri yandırılıb, sonra isə Berlinin Bux rayonunda dəfn olunub. Çənə və dişlərin fraqmentlərinə əsasən, Hitler, Yeva Braun və Höbbelsin meyidləri eyniləşdirilib. Amma bu, Hitlerin intiharına inanmayan konspiroloqları sakitləşdirməyib. İndi isə KİV-lər onların əsassız gümanlarının təsdiqi kimi diqqəti Hitlerin intiharı haqda məlumatı təkzib edən və onun  Argentina həyatından danışan sənədlərə yönəldir.

Hitler Şrittelmayer soyadıyla Kolumbiya və Argentinada gizlənib


Hələ 2013-cü ilin mayında elan edilmiş, amma mətbuatın diqqətini indi  çəkən sənədlərə əsasən, Hitler II dünya savaşında sağ qalıb və Latın Amerikasına qaçıb. Uyğun informasiya ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlə yetirilməsi haqda sənədlərin məxfisizləşdirilməsilə bağlı “ikinci həyat” qazanıb. MKİ-nin məlumatına görə, Amerika kəşfiyyatının xəbərçilərindn biri 1955-ci ildə məlumat verib ki, keçmiş esesçi Filipp Sitroen II dünya savaşından sonra guya Kolumbiyada Şrittelmayer soyadı altında gizlənən Hitlerlə görüşüb.

Məlumat rəsmi xarakter daşıyır

“CIMELODY-3 (kod adı-tərc.) 1955-ci il sentyabrın 29-da onun nəzarəti altında Avropada olan və Marakayboda yaşayan inanılmış şəxslə görüşüb”, – MKİ-nin o zamankı rəhbəri Devid Briksnorun imzaladığı hesabatda deyilir. CIMELODY-3-ün məlumatlarına görə, Sitroen Hollandiya kral gəmiçilik şirkətinin əməkdaşı olmaqla, haradasa, ayda bir dəfə fürerlə təmasda olub. O, tam əminliklə bildirib ki, Hitler sağdır və Kolumbiyada gizlənir. Bu görüşlər Sitroenin Venesueladan Kolumbiyaya ezamiyyələri vaxtı baş verib. Xəbərçi qeyd edib ki, mübaribənin qurtarmasından on il keçdiyindən Hitler daha cinayətkar kimi axtarılmırdı 

Agent öz sözlərinin təsdiqi kimi fürerin fotoşəklini əlavə edib

MKİ hesabatından nəticə çıxır ki, CIMELODY-3 sentyabrın 29-da Sitroenin şəxsiyyətinin təsdiqi kimi “Adolf Şrittelmayer”in fotosunu əldə edib. Şəklin arxasında göstərilib ki, 1954-cü ildə Tunxa şəhərində (Qərbi Kolumbiya) çəkilib. Xəbərçinin sözlərinə görə, fürer artıq növbəti ilin yanvarında Argentinaya gedib.



Şəkildə Sitroen və xəbərçinin iddia etdiyi kimi, qaçaq Adolf Hitler əks olunub. Məruzədə göstərilir ki, bu məlumata nə CIMELODY-3, nə MKİ müfəssəl qiymət verə bilir.

Müharibə iştirakçılarının əksəriyyəti Latın Amerikasına qaçıb


Sağ qalan Hitler haqda nəzəriyyə məğlubiyyətdən sonra yüz minlərlə nasistin Latın Amerikasına (Meksika, Braziliya, Boliviya və Kosta-Rikaya) qaçdığına söykənir. Hitlerçilər daha çox Argentinada məskunlaşıblar: 1946-cı ildə prezident seçilmiş Huan Peron nasistlərə açılq şəkildə rəğbət göstərir və Nürnberq məhkəməsinin qərarını tənqid edirdi.

Məsələn, Auşvits dustaqları üzərində qeyri-insani sınaqlar keçirmiş Yozef Nengele Argentinada sığınacaq tapmışdı. Ən çox axtarılan nasistlərdən biri kimi Buenos-Ayresə bitişik qəsəbədə Helmut Qreqor adıyla yaşayırdı. Nasistlərə qaçmaqla xilas olmaqda Qırmızı Xaç yardım edirdi – Mengeleyə yeni pasport və səyyar sənədlər vermişdi.

Bundan başqa, konslager komendantı Treblink Frantsa və komendant müavini Sobibor Qustav Vaqnerə, həmçinin SS hauptşturmfüreri Aloiz Brunnerə Avropanı tərk etməkdə kömək etmişdilər.

Qaçış haqda nəzəriyyəni Sovet İttifaqında uydurmuşdular


Hitlerin öz arvadı ilə devrilmiş Berlindən qaçdığı haqda versiya düşmənin şüurlu dezinformasiya siyasəti çərçivəsində meydana çıxıb. Stalin 1945-ci ilin iyununda Hitlerin ölümünü birmənalı təsdiq edə bilməyib, Qərb dövlətlərinin rəsmi rəyinə baxmayaraq qeyri-müəyyənlik yaranmışdı. Fürerin ölümü haqda ətraflı hesabatı ilk dəfə Britaniya hökumətinin tapşırığıyla əks-kəşfiyyat tarixçisi Hyu Trevor-Roper hazırlayıb. O, yekun vurub: “Əfsanə və nağıl yaratmaq arzusu həqiqətə sevgidən güclü çıxıb”.


Çənə – bütün sualların cavabı


Hitlerin 1945-ci ildə ölməyinin əsas sübutu çənədir. Sovet qoşunları Berlini görürəndən sonra yazıçı Yelena Rjevskaya (Koqan) Hitler və Höbbelsin cəsədlərinin axtarışına, həmçinin onların intiharının təhqiqatına qatılıb. O, Stalinin əmriylə yaradılan üçnəfərlik məxfi dəstəyə daxil idi. Əldəki məlumata görə, Hitlerin cəsədi tapılıb, Rjevskaya onun çənəsini isə pencəyinin gizli cibində Moskvaya çatdırıb. Bu dəlillər isə fürerin tibbi kartı və plombuyla birgə sübut edib ki, nasistlərin lıideri həqiqətən ölüb.  

Vlad Massino

pravda.ru, 30.10.2017

Tərcümə Strateq.az-ındır.






Xəbərin oxunma sayı : 181




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap