Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

MM-də sektor müdiri olan qadının qətli: “O özünü ərindən üstün sayırdı”

Tarix 31.01.17, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda arvadını baltalayaraq öldürən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Milli Məclisin Aparatında sektor müdiri işləmiş Fəridə Məcidovanı qətlə yetirən Məzahir Qasımi növbəti dəfə hakim qarşısına çıxarılıb.

Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutub və məhkəmədə şahid Dilarə Məcidova ifadə verib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Dilarə Məcidova qətlə yetirilən Fəridə Məcidovanın baldızı olub. O, ifadəsində deyib ki, hadisədən xəbər tutan zaman bütün ailə üzvləri şoka düşüb. Heç kim Məzahir Qasıminin belə bir əməl tutacağına inanmayıb.

Hadisənin baş vermə səbəbi haqda dəqiq məlumatının olmadığını deyən Dilarə Məcidova bildirib ki, qətl hadisəsi Fəridə ilə Məzahirin boşanmağa gedəcəkləri gün baş verib.


“Axı niyə öldürməli idi?”

“Bir onu dəqiq bilirəm ki, onlar boşanacaqdılar. Həmin gün də boşanmağa gedəcəkdilər. Mən bu xəbəri eşidəndə şoka düşdüm. Axı niyə öldürməli idi? Xoşun gəlmirdi, çıxıb gedərdin, vurardın, itələyərdin. Axı niyə öldürürdü? Mən bu hadisəyə heç cür inana bilmirəm”- deyə şahid ifadəsində qeyd edib.

Mərhumla onu qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin şəxsi münasibətlərindən də danışan F.Məcidova bunları deyib: “Hər ailədə kiçik də olsa söz-söhbət olur. Yəqin ki, onların da ailəsində olub. Ailələrimiz arasında gediş-gəliş var idi. Ancaq biz bu haqda dəqiq nəsə bilməmişik. Normal ailə idilər. Biz onların boşanacağını bilirdik. Bir-birlərini başa düşmürdülərsə, ayrılardılar. Bu təbii idi. Ancaq Məzahirdən belə bir addım gözləməzdik. Biz onu sakit, fağır bir insan kimi tanıyırdıq”.

Öz doğum günündə arvadını baltalayıb

D.Məcidova onu da bildirib ki, qətl hadisəsi Məzahir Qasıminin doğum günüdə baş verib. 
Məhkəmədə hakimin və prokurorun suallarını cavablandıran D.Məcidova qətlin mülk üstündə baş verməsi ehtimalından da danışıb və bildirib ki, Fəridə və Məzahirin yaşadığı ev mərhumun atasının olub. Onlar ailə həyatı qurduqdan sonra həmin mənzildə yaşamağa başlayıblar.

Məzahir Qasıminin əvvəllər bizneslə məşğul olduğunu, son zamanlar isə işsiz olduğunu deyən D.Məcidova ər-arvad arasındakı münasibətlər haqda bunları söyləyib: “Sözün açığı, Fəridə bir az özündənrazı idi. O, özünü Məzahirdən üstün tuturdu. Məzahir isə çox sakit adam idi”. 

Şahid qətlin məqsədli şəkildə törədildiyini dediyi üçün prokuror bu qənaətə haradan gəlməsi ilə bağlı Dilarə Məcidovaya sual verib. D.Məcidova ağlına başqa ehtimal gəlmədiyi üçün qətlin məqsədli şəkildə törədildiyini söylədiyini qeyd edib.

Dilarə Məcidova ifadəsində onu da deyib ki, mərhumun dəfnində Milli Məclsin 50-yə yaxın əməkdaşı da iştirak edib. Yas mərasimi Təzəpir məscidində baş tutub.

Qaşığı qızdıraraq Məzahirin bədəninə...

Məhkəmə prosesində başqa bir ilginc məqam ortaya çıxıb. 

Hakim Əlövsət Abbasov deyib ki, təqsirləndirilən Məzahir Qasıminin bacısı ifadəsində deyib ki, qətlə yetirilən Fəridə Məcidova qaşığı qızdıraraq qardaşının- Məzahirin bədəninə basırmış. Hakim bu haqda şahiddən məlumatının olub-olmamasını soruşub. Şahid Dilarə Məcidova belə bir halın mümkün olmadığını deyib.

Təqsirləndirilən Məzahir Qasımi də bu deyilənləri təkzib edib. O, mərhum arvadının ona qarşı belə bir hərəkət etmədiyini, bacısının bu haqda yalan danışdığını deyib: “Bacım bəlkə də kimdənsə yalandan eşidib deyə belə söyləyib. Amma belə bir hal olmayıb”.
Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2015-ci il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilən F.Məcidova ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələrdə işləyib. (musavat.com)



Xəbərin oxunma sayı : 163




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap