“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycanın D-8-ə üzvlüyü ilə İƏT daha da güclənəcək - ŞƏRH

Tarix 19.12.24, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan xarici siyasətində müntəzəm olaraq yeni uğurlara imza atır. Bu, özünü zaman- zaman, müxtəlif istiqamətlərdə göstərir.

Bu gün rəsmi Bakı Misirin paytaxtı Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8 təşkilatının üzvü seçilib. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təxminən 28 il əvvəl yaradılan təşkilat indiyə kimi genişlənməyib. Yəni ilk dəfə olaraq Azərbaycanın timsalında D-8 genişlənib. Bu, rəsmi Bakının regionda və beynəlxalq müstəvidə yaratdığı yeni geosiyasi reallıqların təzahürü olmaqla yanaşı, həm də Azərbaycanın qüdrətli aktor kimi qəbul edilməsinin nəticəsidir.

Təşkilata üzvlüklə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan rəsmi Bakı D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq: "Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq".

Azərbaycanın D-8- ə qəbul edilməsi təkcə bu təşkilatın özünün deyil, həm də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) siyasi və iqtisadi cəhətdən güclənməsinə kömək edəcək. Bu konteksdə xüsusilə Azərbaycanın iqtisadi və logistika imkanlarını qeyd etmək olar. Azərbaycan tranzit bir ölkə Şərq və Qərb arasında körpü rolunu oynamağa davam edəcək. D-8-ə üzvlük isə bu istiqamətdə rəsmi Bakının rolunu daha da qüvvətləndirəcək.

Bundan başqa, Azərbaycanın siyasi qüdrəti də, əlbəttə, həm D-8, həm də İƏT üçün müstəsna rol oynayacaq. Məhz rəsmi Bakının timsalında hər iki təşkilatın beynəlxalq müstəvidəki çəkisi daha da artacaq. Azərbaycanın yeni üzv kimi təşkilat daxilində oynayacağı rolu dünya liderləri də yaxşı başa düşür, müsbət qiymətləndirirlər. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın üzvlüyü ilə bağlı təbrikində qeyd etdiyi fikirlər xüsusi xarakterikdir. Belə ki, o, təbrikində deyib: "Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük".

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi isə bildirib ki, Azərbaycanın təşkilata üzvlüyü ölkələr arasında əlaqələrdə yeni səhifə açacaq. Hər iki liderin səsləndirdiyi fikirlər Azərbaycanın dünyada artan rolunun qiymətləndirilməsi ilə yanaşı, həm də D-8-ə verə biləcəyi töhfənin təzahürüdür.

Başqa bir məqam isə ondan ibarətdir ki, məhz rəsmi Bakının D-8-ə üzvlüyü ilə islamafobiyaya qarşı mübarizə daha da güclənəcək. Azərbaycan onsuz da indiyə qədər bu istiqamətdə fəal işlər görürdü. İndi isə islamafobiyaya qarşı mübarizədə Azərbaycanın daha təsirli addımlar atmasına şərait yaranacaq. Bu, əlbəttə, təkcə Azərbaycan yox, D-8-in bütün üzvləri və bütövlükdə müsəlman dünyası üçün ciddi dividentdir.

Beləliklə, Azərbaycanın sözügedən təşkilata üzvlüyü ilə nəinki ölkənin xarici siyasət kursunda, həm də müsəlman aləmində yeni mərhələ başlandı. Bu mərhələ rəsmi Bakının da səyləri nəticəsində təşkilatın daha ciddi uğurlar qazanması ilə yadda qalacaq. (report.az)





Xəbərin oxunma sayı : 982




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap