“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Məzahir Pənahovun gəlinin döyülməsinə rəsmi reaksiya - Qurumlar hərəkətə keçdi

Tarix 03.05.25, 9:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini ilə bağlı rezonans doğuran yazıya rəsmi reaksiyalar gəlməkdədir.

AzFakt.com xatırladır ki, MSK sədrinin gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib.

O, hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.

Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. 

Azərbaycan Daxili İşlər Nazirliyininin sözçüsü Elşad Hacıyevin sözlərinə görə, bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Bundan əlavə, işə psixoloq və sosial işçi cəlb olunacaq və o, qadının mövcud vəziyyətdən çıxması üçün əlindən gələni edəcək.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova haqqin.az-a açıqlamasında bildirib ki, 38 yaşlı H.Pənahova birliyin sığınacağına yerləşdirilə bilər:

“Zorakılığa məruz qalan bu qadın istəsə, sığınacaqda yaşaya bilər. Sosial işçilərimiz ona bu gərgin vəziyyətdən çıxmağa kömək edəcək”.



Xəbərin oxunma sayı : 763




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap