Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Moskva Bakı ilə “böyük bazarlığa“ gedir? - kritik hazırlıq

Tarix 12.11.21, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Separatçılar süngü ucunda çox otura bilməyəcəklər; Ermənistan “tablodakı hesab”la barışmalı olacaq; “güclü oyunçular liqasına keçən” Azərbaycan bu ilin sonunadək mühüm qərarlar verə bilər...

12 noyabr Azərbaycanda Konstitusiya günüdür. Artıq ikinci ildir ki, bu günü biz əsasən bərpa olunmuş ərazi bütövlüyümüzlə - söhbət SSRİ dağılmaq ərəfəsindəki sərhədlərimizdən gedir - qeyd edirik. Hərçənd ölkə konstitusiyasında Azərbaycan Respublikası Azərbaycan SSR-in yox, məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi-siyasi varisi kimi göstərilib.

Lakin bu reallıq da var ki, BMT, ATƏT, AŞ PA, digər beynəlxalq qurumlar ölkəmizin suverenliyi və ərazi bütövlüyünü sovet dönəmindəki, daha doğrusu, SSRİ dağılanda malik olduğumuz sərhədlərlə tanıyıb. SSRİ yarananda təbii ki, Azərbaycan SSR daha böyük əraziyə malik olub.

Sözsüz ki, dövlət olaraq, indiki mərhələdə bizim strateji hədəfimiz ən azı, Azərbaycan SSR-in ərazilərini tam və qeyd-şərtsiz qaytarmaqdır. Sonrakı mərhələdə yəqin ki, mənfur qonşulara peşkəş edilən AXC torpaqları ilə bağlı məsələ də yavaş-yavaş beynəlxalq gündəmə daşınacaq. Yəni zamana ehtiyac var və haqq-ədalət davamız bitməyəcək...

*****

Azərbaycan SSR-dən isə hələlik bizim suverenliyimiz altında olmayan yeganə ərazi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgədir, “Şeytan yuvası” Xankəndi və onun ətrafındakı bəzi ərazilərdir. Qarşıdakı 4 ildə əsas siyasi-diplomatik savaşımız, əlbəttə ki, onun uğrunda olacaq.

Bu savaşın xeyrimizə bitməsi üçün Azərbaycan bölgədə qardaş Türkiyə ilə tandemdə, bütün parametrlər üzrə dominant və açar ölkə statusunu, Ermənistan üzərində əzici hərbi-iqtisadi gücə malik dövlət statusunu qoruyub saxlamalı, eyni zamanda Rusiya ilə münasibətlərin korlanmasına imkan verməməlidir. Hətta Bakı-Moskva münasibətləri Moskva-İrəvan münasibətlədindən indiki kimi, yəni daha yaxşı olmalıdır. Bu şərtlər həm də yeni müharibə riskini və hər hansı erməni revanşizmini istisna eləmək üçündür.

Aydındır ki, 2025-ci ilin noyabrı - sülhməramlıların mandatının bitdiyi tarix məxsusi, kritik bir tarix olacaq. İlk növbədə də separatçı tör-töküntüləri üçün. Onadək, daha dəqiqi, qarşıdakı 1-2-il ərzində erməni separatizminin təməli, qaynaqları bütünlüklə dağıdılacaq, ermənilər separatçı ideyanın puçluğunu tam dərk edəcəklər. Odur ki, seçim onlar üçün qaçılmaz olacaq: ya Azərbaycan Konstitusiyasını, Azərbaycan vətəndaşlığını, Azərbaycan pasportlarını qəbul edib adam kimi yaşamaq, ya da miskin varlıqlar kimi, dinc şəkildə Laçın dəhlizi ilə rədd olub getmək. Süngü ucunda nə qədər oturmaq olar ki...

*****

Müvəqqəti nəzarətimizdə olmayan kiçik ərazimizdə rus hərbçilərinin mövcudluğu da böyük ölçüdə oradakı ermənilərin seçiminə bağlı olacaq. Seçimin nədən ibarət ola biləcəyini isə yazdıq. Hələ ki onlardan ötrü düşünmək mərhələsidir. Azərbaycan bəzi məsələlərə göz yumur, güzəştə gedir, humanistlik edir. Lakin bu dönəm sonsuza qədər uzana bilməz. Hətta 2021-ci ilin sonunadək erməni tərəfi Azərbaycan dövlətinin Qarabağ məsələsində beynəlxalq hüquqa söykənən növbəti prinsipial, sərt qərarlarının şahidi ola bilər.

Bunu ona görə əminliklə deyirik ki, 44 günlük qalibiyyətli Vətən müharibəsindən sonra Azərbaycan həqiqətən də bir əcnəbi politoloqun obrazlı ifadə elədi kimi, “daha güclü oyunçular liqasına keçib”. Ermənistan isə əksinə, bir az da zəiflər qrupuna yuvarlanıb. Bu reallıq Bakıya öz qanuni və ədalətli tələblərində qat-qat prinsipial və ardıcıl olmaq şansı yaradır ki, Moskva da, ermənilərə havadarlıq edən Qərb paytaxtları da bununla hesablaşmaq zorundadır.

Tomas de Vaal

Yuxarıda sadalananların fonunda 2025-ci illə bağlı proqnozlar yetərincə intriqalı görünür. Məsələn, britaniyalı tanınmış analitik, “Qara və bağ” kitabının müəllifi Tomas de Vaala görə, 2025-ci ildə Moskva ilə Bakı arasında böyük siyasi bazarlıq ola bilər.

Bu barədə o, Rusiyanın “Kommersant” nəşrinə srağagünkü müsahibəsində söyləyib.

Sitat: “Rusiya sülhməramlı missiyaya başladığı yerdə adətən uzun müddətə qalır. Əgər Qarabağ ermənilərini müdafiəsiz qoysalar, bu, Rusiya tərəfindən siyasi iflas olardı. Fikrimcə, Moskvada buna ciddi baxırlar. Amma məsələ ondadır ki, Moskva ilə Bakı arasında böyük sövdələşmə, bazarlıq olacaq. Özü də bu bazarlıq təkcə Qarabağ ətrafında aparılmayacaq. Digər, tamamilə təsadüfi məsələləri də özündə ehtiva edə bilər”, - deyə de Vaal ehtimal edib.

*****

Öz növbəsində Moskvadakı Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru, hərbi ekspert Ruslan Puxov hesab edir ki, Azərbaycanın Rusiya üzərində ciddi təzyiq rıçaqları var (qeyd: bu yaxınlarda qurumun rezonans doğuran, 2-ci Qarabağ müharibəsində Azərbaycanın haqlı qələbəsinə həsr olunmuş “Qafqazda tufan” kitabı nəşr edilib).

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Caliber.az-a müsahibəsində deyib.

“Hesab tabloda aydın şəkildə əks olunub: Azərbaycan qalibdir, Ermənistan uduzub. Azərbaycan 1-ci Qarabağ müharibəsindəki məğlubiyyət nəticəsində tərk etmək məcburiyyətində qaldığı ərazilərin əksəriyyətini azad edə bildi. Amma ”DQR"in əsas hissəsi qeyri-müəyyən statusda qaldı", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, mövcud status-kvo “Azərbaycana sırınan Rusiya sülhməramlı kontingentinin mövcudluğu” sayəsində saxlanılır: “O kontingent ki, ”DQR"in “sağ qalan” parçasını faktiki öz proktoratı altına alıb. Lakin hazırkı durumun çoxlu riskləri var və onun saxlanması bütün tərəflərin xoş niyyətindən asılıdır. Əsas sual isə bundan sonra nə olacağı ilə bağlıdır. Çox güman ki, 2025-ci ildə sülhməramlılarının 5 illik qalma müddətinin başa çatması böhran anı olacaq. Hərçənd gərginliyin daha tez baş verməsi də mümkündür. Xüsusilə də əgər ABŞ oyuna müdaxilə etmək istəsə".

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mümkünlüyünə gəlincə, ekspert hələlik bircə şeyin yəqin olduğunu söyləyib: “İndilikdə bir şey aydındır: İrəvanın Azərbaycanın planlarına qarşı ciddi şəkildə çıxması üçün resursları yoxdur. Azərbaycanın isə Rusiya üzərində ciddi təzyiq rıçaqları var”.

Necə deyərlər, bu yerdə əlavə şərhə ehtiyac qalmır. Bizi qarşıda gerçəkdən də maraqlı olaylar gözləyir...



Xəbərin oxunma sayı : 934




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap