Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Moskva Tehrana niyə xəyanət etdi:İsrailə dəm tutmaq, yoxsa “iyirmi ildir satıram” siyasətinə sadiqlik üçün?

Tarix 01.06.19, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


Andrey Polunin

svpressa.ru, 31.05.2019


Rusiya İrana S-400 zenit-raket kompleksi verməkdən boyun qaçırıb. “Bloomberg”in iddia etdiyi kimi, sözləşmədən imtina qərarını RF prezidenti Vladimir Putin şəxsən qəbul edib. Agentliyin məlumatına görə, səbəb Kremlin “Yaxın Şərqdə durumu gərginləşdirməmək” niyyətidir.

Qeyd edək ki, Rusiya artıq 2010-da çağdaş ZRK-ləri Tehrana verməkdən imtina edib. İran və Rusiya 2007-nin dekabrında 800 milyon dollara yaxın məbləğdə beş bölmə S-300 ÇBQ-1-in tədarükünə saziş bağlayıb. Amma sonradan Kreml Moskvanın Vaşinqtonla münasibətlərinin mülayimləşdiyi üçün və İsrail tərəfdən etirazlar fonunda “siyasi durum aydınlaşanadək” alveri dayandırırb.

Nəticədə Rusiya 2010-cu ildə sazişi qabacasına pozub: İrana S-300 kompleksi, zirehli texnika, döyüş təyyarəsi, helikopter və gəmi verməyə yasaq qoyub. Çoxları bu addımı RF-nin o zamankı prezidenti Dmitri Medvedyevin şəxsiyyətinə bağlayıblar. Hesab olunurdu ki, bu durumda Medvedyevin yerində Putin olsaydı, İranı təhlükə altında qoymazdı.

Və budur, doqquz ildən sonra hər halda Putin də farslara oxşar silah verməkdən boyun qaçırıb. Düzdür, biz bununla sazişi pozmuruq. Amma məhz indi Tehranın başı üzərində savaş təhlükəsi dolaşır. Belə bir durumda S-400-lərin tədarükünə blok qoymaq bildirir ki, Kreml açıq-açığına özünü “qırağa çəkir”.

Fakt üzrə, dünyanın aparıcı ölkələrinin də hamısı İrana açıq dəstəkdən eyni zamanda imtina edib. “The Wall Street Journal” qəzeti 28 mayda xəbər verib ki, Çin İran neftini almaqdan əl çəkib.  Pekin ABŞ-ın antiiran sanksiyaları qüvvəyə minən kimi bu addımı atıb. Qəzet qeyd edib ki, mayın ortalarında İranda Xəng adasındakı terminalda Çinin son tankerinə neft yüklənib. Amma o, İndoneziyaya qədər üzə bilib. Əslində, Çin İran neftinin birbaşa alqısından əvvəllər boyun qaçıran ölkələrin siyahısını tamamlayıb. Bunlar Hindistan, Türkiyə, Tayvan, İtaliya, Yaponiya və Cənubi Koreyadır. Onlar birlikdə İrandan gündə ortalama 1,6 milyon barrel neft alırdılar.

Nəzəriyyədə Moskva İranı xilas edə bilərdi. Sanksiyalardan yan keçərək Xəzər dövlətləri ilə ortaqlıq vasitəsilə fars neftinin alqısını yoluna qoya bilərdi. Sonra isə “RF-də istehsal olunub” markası altında xaricə ixrac edə bilərdi. İranın yüngül neftinə Povoljyedə çıxarılan ağır neft qatmaq olardı. Bu, Rusiyanın “Urals” ixracat qarışığının keyfiyyətini saxlamağa imkan verərdi.

Amma S-400-lə bağlı əhvalat göstərir: Kreml tərəfdən İrana heç bir dəstək olmayacaq. Əslində, İran əzmə kotlet kimi hazırlanıb – ABŞ və müttəfiqləri “qızartsın” deyə.

Yada salaq ki, Fars körfəzi bölgəsində savaş həddinə çatdıran bir neçə hadisə baş verib. Mayın əvvəlində Fuceyrə limanı bölgəsində (BƏƏ) Norveç, BƏƏ və Səudiyyə Ərəbistanına məxsus dörd tankerə qarşı təxribat aparılıb. 24 mayda isə ABŞ qərargah rəislərinin Birləşmiş Komitəsinin təmsilçisi vitse-admiral Maykl Gildey bildirib: Pentaqonda İranın tankerlərə hücumda əli olduğu haqda kəşfiyyat məlumatı var, amma bu məlumat açıqlanmayacaq.

Donald Tramp elə həmin gün təsdiqləyib ki, “İrana qarşı effektli durmaq”dan yana Yaxın Şərqə əlavə 1,5 min hərbçi göndərməyi qərara alıb. Bu 1,5 min nəfərin 600-ü “Patriot” zenit-raket kompleksi qurğusuna xidmət edəcək.

Bundan savayı, Tramp administrasiyası Konqresin təqdiri olmadan İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-ə tezliklə 8,1 milyard $ dəyərində böyük partiya silah satmağı qət edib  -yenə də “İran təcavüzünü qabaqlamaq” üçün.

Və burada sual doğur: Kreml niyə belə gərgin durumda Tehranı “təhvil verməyə” başlayıb?

Tamamilə ehtimal etmək olar ki, Çin ticarət qarşıdurmasında ABŞ-ın güzəşti əvəzində İran neftinin alqısından boyun qaçırıb. Lakin Moskva S-400-ü “tədarük etməməyin” əvəzinə nə əldə edəcək?

İstisna deyil ki, biz bu dəfə də – 2010-cu ildəki kimi – İsrailə dəm tuturuq. SAXAL HHQ-nin təyyarələri Suriyada İran obyektlərini dəfələrlə vurub. Və iş İrana əhatəli zərbə endirməyə gedib çıxsa, əsla qıraqda durmayacaqlar. Tehranda S-400-ün olması bu qarşıdurmada güc bölgüsünü dəyişə bilərdi – Qərbin və yəhudi dövlətinin xeyrinə deyil. Putinin qərarının arxasında nə durur? Rusiya Yaxın Şərqdəki müttəfiqini çağdaş HHM-RƏM sistemindən əliboş qoymaqla nə qazanır?

–Bəlli olduğu kimi, siyasətdə satqınlıq cinayət deyil, qabağı görməkdir, – Dövlət Dumasının üçüncü və dördüncü çağırış deputatı, istefadakı polkovnik Viktor Alksnis qeyd edir. – Təəssüf ki, Kreml son iki onillik boyunca bu prinsipi əsas tutub. Həm fəaliyyətdəki, həm də ehtimal olunan müttəfiqlərə qarşı.

1990-cı illərin sonunda Yuqoslaviyanı necə “təhvil verdiyimizi” yada salmaq olar. NATO-nun  hazırlanan təcavüzündən qabaq Belqrada S-300 tədarükünə razı olmadıq.

Ya da 2003-də İraqın silahlanmasında duran sovet texnikasının təmirinə yardım etməkdə Səddam Hüseynin Putinə necə yalvardığını xatırlayaq. Amerika təcavüzünü dəf etmək üçün döyüş sursatı və silah verməyi xahiş edirdi.

Putin indi də həmin yolla gedir. Nəticə də eyni olacaq: biz Yaxın Şərqdəki mövqeləri itiririk.

-İrana əl tutmaq nəyimizə gərəkdir?

–Tehrana dumanlı münasibətlə yanaşı, o bu gün antiamerika mövqeyində durub. Və hansısa dərəcədə Rusiyanın mümkün müttəfiqidir. Tehran bunu son illər ərzində Suriyada əyani sərgiləyib.

Yada salıram, Suriyada yerüstü əməliyyatlar aparmağı məhz İran təmin edib. Rusiya – HKQ qruplaşması ilə – Suriya və İranın yerüstü güclərini yalnız havadan dəstəkləyib.

Anladığım qədər, indi Kreml tərəfindən İranı “təhvil vermək” qərarı alınıb. Yada salıram, Putin artıq 2013-cü ildə Suriyanı təhvil verib. Ölkədəki hərbçilərimizi geri çağırdı, hərbi-texniki işbirliyini minimuma qədər endirdi. RF prezidenti yalnız “Krım hadisələri”ndən sonra 2015-ci ildə ayıldı və Suriya münaqişəsinə girdi.

İndi İrana münasibətdə 2013-cü il ssenarisi təkrarlanır. Və kimsə boş yerə düşünür ki, Rusiya bu durumda udacaq. Əksinə, iş bununla bitəcək ki, ABŞ bölgədə mövqeyini bərkidəcək. Hətta bizi Suriyadan dümsükləyəcəklər.

-Hesab edirsiniz ki, iş İrana zərbəyə gedib çıxar?

–Bəli. İran beynəlxalq təcriddədir. İranlılar ABŞ qruplaşmasına qarşı heç nə qoya bilmirlər: onların gücü tutuşdurulmaz dərəcədə azdır. Mən hesab edirəm ki, amerikalıların zərbəsi zamanı İran İraqın taleyini təkrar edəcək.

Bu bildirir ki, Suriyada indi yerüstü əməliyyatlar aparan İran hərbçiləri bunu dayandıracaqlar. Və Kreml əlüstü çətin duruma düşəcək. Terrorçulara qarşı durmaq üçün Suriyaya quru qoşunları göndərə bilmərik – çox uzaqdır. Moskva hətta indi özünün iki hərbi obyektini – Rusiya HDQ-nin Tartusdakı maddi-texniki təchizat məntəqəsi və Xmeymimdəki aviabazasını çətinliklə təmin edir. Artıq quru qruplamasını təmin etməkdən nə danışmaq olar ki? Bu, real deyil.

Bəli, mən İrana heyran deyiləm. Amma indiki şəraitdə Rusiyanın maraqları Tehrana əl tutmağı tələb edir. Bu, mövqeyimizi bərkitməyə aparardı. Son nəticədə isə qazanc payı əldə etməyə – iqtisadi, strateji.

Amma Kremldə özgə sayaq düşünürlər. Görünür, növbəti dəfə üzqarası yaşamalı olacağıq. Sonra isə fikrə gedəcək və sual edəcəyik: biz niyə bu  günə düşdük?

-Hər şeydən göründüyü üzrə, ABŞ İrana münasibətdə hərbi könüllü imkanı baxışdan keçirməkdən çıxardır, – Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) eksperti Sergey Yermakov etiraz edir. – Vaşinqton Teharana basqını zahirən gücləndirir – İran sahillərinə “Avraam Linkoln” aviadaşıyıcısı başda olmaqla AZQ (avia zərbə qrupu-tərc.) və bombardmançıların taktiki qrupu göndərilib. Bundan savayı, ABŞ İranın nüvə proqramı ətrafındakı durumu tənzimləmək üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) imzalamış bütün tərəflərə təzyiqi kəskincəsinə sərtləşdirir.

Və ABŞ, hamıdan qabaq, avropalıları sıxacaq. Heç bir ikinci iqtisadi konturlar deyilən – İranın Amerika sanksiyalarından yan keçməklə AB ilə əlaqəsi olmasın deyə. Özəlliklə İran bankları Avropa kontragentlərilə iş görməsin deyə.

Hər şeydən göründüyü kimi, avropalılar ABŞ-a xoş gəlmək üçün mövqeyi yumşaltmağa başlayırlar. Amerikalıların könüllü hərbi imkanı arxa plana keçirməyi məhz bununla bağlıdır. Belə bir durum, hər şeydən savayı, Trampın komandasına siyasi xal gətirir. Göstərir ki, güc mövqeyindən danışıq siyasəti tamamilə effektlidir.

-Vaşinqton nəticədə nəyə nail olmaq istəyir?

–Amerikalıların  maksimum vəzifəsi aydındır: İranda rejimi dəyişmək. Amma əsas cari vəzifə – İranın imkanlarını və potensialını sarsıtmaqdır. Bu, Vaşinqton üçün indi ən başlıca vəzifədir.

Tramp bu vəzifəni həll edərsə, belə nəticə onun üçün böyük qələbə olacaq. ABŞ prezidenti bəyan edə bilər: İranın daha potensialı yoxdur ki, bundan sonra Amerikaya önəmli təhlükə təşkil etsin. Bəyan edə bilər ki, Tehranın nüvə proqramı heç vaxt gerçəkləşməyəcək.

İstisna etmirəm ki, amerikalılar İranla yeni, daha sərt HBFP imzalayacaqlar. Buna getmək Tehran üçün çox çətin olacaq. Amma görünür, məcbur olacaq – ABŞ indiki ən güclü basqını da bunun üçün yaradır.

Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 211




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap