Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

MSK-nın yeni tərkibi formalaşdı, ReAL kənarda qaldı - Partiya rəhbərliyi etiraz edir

Tarix 27.04.21, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə qərar layihəsinə baxılıb.

AzFakt.com xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatıb: “Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini formalaşdırımalıdır. Artıq çoxluq təşkil edən partiyanın, bitərəflərin, azlıq təşkil edən partiyaların nümayəndələrinin siyahısı razılaşdırılıb”.

Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Sürəddin Hümbətov (ehtiyat üzv).

Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri aşağıdakılardır:

Arifə Muxtarova

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Nailə Əsgərova

Aydın Muradov.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı.

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi – Tofiq Həsənov

Niyaməddin Orduxanlı (ehtiyat üzv).

İclasda namizədlərin siyahısı səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, ReAL Partiyasının hakimniyyətə müraciətinə baxmayaraq, ona MSK-da təmsilçilik hüququ verilməyib.



Partiya sədri İlqar Məmmədov buna etiraz edib. O, sosial şəbəkədəki hesabında yazıb: "Milli Məclis qanuni siyasi iddia iddiamızı rədd edərək, 5 il müddətinə yeni Mərkəzi Seçki Komissiyasını heç 1 müxalifət təmsilçisi olmadan təyin etdi. Görünür seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirlməlidir. Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açığıq".



ReAL Partiyasının sədr müavini Natiq Cəfərli isə bildirib ki, partiyanın parlament təmsilçisi Erkin Qədirli bu tərkibin əlehinə səs verib, MSK-nın belə formalaşdırmasına etirazını bildirib: "ReAL qanunların bizə verdiyi səlahiyyətlərdən istifadə edərək MSK-da özünün təmsilçilik haqqını istəmişdi, amma qanuni iddiamız rədd edildi. ReAL təmsilçisinin MSK-da üzv olması bu qurumda baş verən daxili proseslərin, “mətbəxdə” baş verənlərin ictimayyətin və müxalifətin diqqətinə çatdırmaq üçün vacib idi. Görünən odur ki, hakimiyyət bunda maraqlı deyil. REAL olraq ölkədə yenis seçki mühitinin formalaşdırılması, vətəndaşların öz taleyinin seçkidə öz əlinə alması üçün mücadiləmiz davam edəcək. Məmləkət mütləq seçki sürəci, onun yaratdığı pozitiv dalğa ilə dəyişəcək".





Xəbərin oxunma sayı : 343




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap