“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

MSK Bəxtiyar Hacıyevin şikayətini müzakirəyə çıxardı – 6 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayıldı

Tarix 18.02.20, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, B.Hacıyev şikayətində seçicilərin iradəsini əks etdirmədiyi üçün bu dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: “Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. B.Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma üç istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb”.

R.İbrahimov bildirib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: “Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokolları təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Həmin protokollardan sadəcə 9 ədədi orijinal protokollarla eynilik təşkil edir”.

MSK üzvü vurğulayıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq seçki qanunvericiliyinin tələblərinə görə, 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradan faktlar var: “Buna görə də həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

Sonda 6 məntəqənin nəticəsinin ləğvi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib/Report.



Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap