Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

MSK yekun nəticələri açıqladı – İkincilik kimə və niyə verildi?

Tarix 12.04.18, 21:37

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb.

AzFakt.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizinin sayılmasından sonra ortaya çıxan nəticələri elan edib. Prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,03% (3 397 664 səs) qalib olub.

Digər namizədlərin aldığı səslər aşağıdakı kimidir:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11% (123 006 səs);

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03% (119 674 səs);

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02% (119 390 səs);

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52% (59 977 səs);

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38% (54 603 səs);

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17% (46 010 səs); –

“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74% (29 282 səs).

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.

Bülletenlərin əksəriyyəti sayılandan sonra 3 namizədə – Qüdrət Həsənquliyev, Sərdar Cəlaloğlu və Zahid Oruca təxminən eyni sayda səs verildiyi diqqəti çəkir. Maraqlıdır ki, seçki kampaniyası dövründə bir dəfə də olsun xalqdan səs istəməyən, hətta ən başdan İlham Əliyevi dəstəklədiyini açıqlayan Zahid Oruca, təxminən 123 min səs yazılaraq, ikincilik ona verilib. Fikrimizcə, bu anormallıq müəyyən suallar doğuracaq. 

Çox böyük ehtimalla, ikinciliyin Zahid Oruca verilməsi Rusiyaya jestdir. Z.Oruc bütün kampaniya ərzində açıq şəkildə Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edirdi.      



Xəbərin oxunma sayı : 367




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap