![]() |
|




.jpg)





645.jpg)



MTN-də 8 milyon dolları alınan iş adamı generalın məhkəməsinə gəldi, qalmaqal oldu - FOTOLAR
Tarix 06.04.22, 10:35 |
|

1 aylıq fasilədən sonra, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Hər dəfə bir bəhanə gətirib jurnalistlərin məhkəmə zalına buraxmır.
Sonuncu prosesdə iş üzrə zərərçəkən İbrahim Zeynalovun oğlu İlqar Zeynalov ifadə vermişdi. O, atasının xəstə olduğunu, bu səbəbdən prosesə onun nümayəndəsi kimi prosesə qatıldığını açıqlamışdı. Aprelin 5-nə təyin edilən prosesə isə İbrahim Zeynalov özü gəlib. İlqar Zeynalov jurnalistlərə bildirib ki, atası 3 ağrıkəsici iynə vurdurmaqla prosesə qatılmaq qərarı verib.
İbrahim Zeynalov səhhətindəki problemlərdən, xüsusən ayaqlarındakı ağrılardan əziyyət çəkir. O, məhkəmə binasına bir neçə nəfərin köməyi ilə, nimdaş geyimdə, cırılmış qaloşda gəlib.

Prosesin keçirildiyi zal məhkəmənin 2-ci mərtəbəsində yerləşdiyində İbrahim Zeynalov 2-ci mərtəbəyə çətinliklə, yanındakı şəxslərin qollarından tutmaqla, fasilə verməklə qaldırılıb.
Onun səhhətini nəzərə alaraq məhkəmə zalında oturulu halda ifadə verməsinə şərait yaradılıb.
İbrahim Zeynalov sərbəst ifadəsində ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini bildirdi. Əlavə olaraq o, deputat Ziyad Səmədzadəni ona qarşı cinayət sifarişi verməkdə ittiham edib:
“Deputat Ziyad Səmədzadə ilə uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, hər şeyin canlı şahidi idi. Bilirdi ki, zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var. Mən heç zaman ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cibxərcliyini, səfərlərinin maliyyələşməsini mən elədim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə elədim. İllərlə toy-yasımız bir olub. Bir gün də Ziyad Səmədzadə özlüyündə düşünüb ki, mənim biznesimə şərik ola bilər. Belə də eləyib. Mənə deyəndə ki, bizmesinin 49 faizini mənim və ya qızımın adına sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim ki, get işinlə məşğul ol! Ziyad Səmədzadə də dedi ki, bax, sənin başına nə oyun açacağam! Heç ağlıma gəlməzdi ki, məni tutdurar, başıma oyun açar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.

Zərərçəkən İbrahim Zeynalov deyib ki, 19 dekabr 2008-ci ildə səhər saat 10 radələrində işə getmək üçün yaşadığı mənzildən çıxmaq istəyərkən qapı döyülüb: “Qapını açanda 2-3 nəfər şəxs özlərini MTN əməkdaşları kimi təqdim edib məni nazirliyə apardılar. Düz Yasin Məmmədovun kabinetinə getdik. O vaxta qədər Yasin Məmmədovu tanımırdım. Elə qapıdan içəri girmişdim ki, barmağı ilə 1 işarəsini göstərib dedi ki, bunu verməsən, səni buraxmayacağıq. Bir nə deməkdir, soruşdum, Yasin yenə barmağını göstərdi. 1 milyon deyirsən, soruşdum. Dedi ki, yox, 10 milyon deyirəm. Məni MTN-ə aparanlardan birinin adı Nazim idi. O, Yasinin kabinetinə əlində kağız və pul ilə birlikdə gəldi. Dedi ki, “sənin işçin Solmazı gətirmişik, buradadır, deyir ki, sənə 1650 manat pul verib, həmin pul əlimdəki puldur”. Nazim pulu göstərib “bu pulu sənin üzərindən aşkar etməyimizi, həmin pulun sənə Solmaz tərəfindən verildiyini sənəddə yazmışıq, götür bu sənədi imzala, narahat olma, hər şey yaxşı olacaq” dedi. Yasin Məmmədovla işçisi Nazimin danışığından başa düşdüm ki, bütün bunlar Ziyad Səmədzadənin Eldar Mahmudovla birlikdə başıma açdıqları oyundur. Tutulacağımı başa düşdüyümə görə həmin sənədi imzaladım. Nazim məni iş otağının yanındakı başqa otağa apardı. Səhərə kimi həmin otaqda qaldım. Orada barəmdə cinayət işi başlandı. Növbəti gün Yasin Məmmədov məni dindirdikdən sonra Səbail rayon məhkəməsinə apardılar. Orada barəmdə 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçildi. Ertəsi gün Mövlam Şixəliyev məni xidməti otağında qəbul etdi. Həmin otaq 6-cı mərtəbədə Yasin Məmmədovun otağı olan dəhlizdə yerləşir. Aralarında təxminən 3-4 otaq var. Məni Mövlam Şixəliyevin otağına Yasin Məmmədov apardı. Görüş zamanı Mövlam Şixəliyev məni qanunsuz işlər görməkdə ittiham elədi. Məni hədələdi və Yasin Məmmədova işi ciddi istintaq etməyi tapşırdı. Bundan bir neçə gün sonra Yasin Məmmədov məni otağına gətizdirib sağ əlinin şəhadət barmağını göstərərək “sən burada qalmalı adam deyilsən, bunu ver, çıx, get evə” dedi. Yasin Məmmədovun məndən 1 milyon dollar pul istədiyini fikirləşirdim. Yasinə “məni burax, axşama kimi pulu gətirim verim sənə” dedim. Lakin Yasin “sən deyəsən məni başa düşmədin, nə 1 milyon?! 10 milyon dollar! Əgər pulu verməsən sənə köməklik edilməyəcək” dedi. Bu qədər məbləğdə pul düzəltmək mümkün olmadığını dedim. Hələlik 2 milyon manat pul verə biləcəyimi dedim. Qalanını da azadlığa çıxandan sonra hissə-hissə düzəldib verməyi təklif elədim. Yasin Məmmədov bununla razılaşmadı. Sonrakı günlərdə də Yasin Məmmədov məni tez-tez otağına gətizdirdi. 10 milyon dollar tələb edirdi. Vəkilim vasitəsi ilə oğlum İlqara “məndən 10 milyon dolları pul istəyirlər, əmlaklarımızı sat, pulu ver, burada qala bilmirəm” məzmunlu məktub yazdım. İlqar da xəbər göndərdi ki, “artıq evin birini satmışıq, bütün əmlakları satışa çıxarmışıq, darıxma, pul düzəldirik”.

Növbəti dəfə təxminən 15 gün sonra məni Mövlam Şixəliyevin otağına apardılar. Mövlam Şixəliyev Yasin Məmmədovun yanında mühasibim Qüdrətlə maraqlandı. Yasin otaqdan çıxan kimi Mövlam Şixəliyev Qüdrətin buraxılmasına görə Yasin Məmmədova nə qədər pul verdiyimi soruşdu. Dedim ki, Qüdrətə görə 50 min manat vermişəm. Bundan sonra Mövlam Şixəliyev Qüdrəti tutmayacaqlarını və onun işinin də həllinə görə kömək edəcəyini dedi. Bu görüşdən təxminən 15-20 gün sonra Yasin Məmmədov məni yenə Mövlam Şixəliyevin otağına apardı. Mövlam Şixəliyev əvvəlki görüşlərdən fərqli danışdı. Bir az mülayim, səmimi söhbət elədi, Ziyad Səmədzadə ilə aramızdakı münasibətləri dəqiqləşdirdi. 2009-cu ilin mart ayında, Novruz bayramına 3-4 gün qalmış qardaşım Məzahim Zeynalovla MTN-nin binasında görüş təşkil etdilər. Məzahim mənə “darıxma, nəyimiz var, hamısını satırıq, pulu düzəldəcəyik” dedi. Bir neçə aydan sonra məni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap etdilər. Bir qədər orada qaldıqdan sonra, 2009-cu ilin iyul ayında MTN-nin istintaq təcridxanasına qaytardılar. Elə həmin gün Yasin Məmmədov məni öz otağına gətizdirdi. Dedi ki, “oğlun İlqar 8 milyon dollar pul verdi, səni buraxıram, amma çağıranda gələrsən”. Penitensiar Xidmətin Müalicə Müəssisəsindən qayıdan gün Yasin Məmmədov məni Mövlam Şixəliyevin otağına apardı. Mövlam Şixəliyev səhhətimlə maraqlandı. O da dedi ki, oğlun İlqar Zeynalov hər şeyi həll etdi. Lakin məni buraxa bilmədiklərini, yaxın günlərdə Eldar Mahmudovun qəbuluna düşən kimi məruzə edib məni buraxacağını bildirdi. Növbəti dəfə Mövlam Şixəliyevlə ev dustaqlığına çıxan gün görüşdüm. Həmin gün Mövlam Şixəliyev Yasin Məmmədovun otağına gələrək “sənədlərini tez hazırla, burax. Daha tez-tez çağırma” deyib tapşırdı. Məni buraxdıqları gün Solmaz da istintaq idarəsində idi. O da dedi ki, məni buraxacaqlar, bu münasibətlə məni təbrik etdi. Həmin dövrdə heç bir ağır xəstəlikdən əziyyət çəkmirdim. Yasin Məmmədov isə “səni ağır xəstəliyinlə əlaqədar olaraq həbsdən azad edirəm” dedi. Buraxıldıqdan sonra qardaşım Məzahim və oğlum İlqar Yasin Məmmədova 8 milyon dollar pul verdiklərini, daha dəqiqliklə həbsdən buraxmamışdan 3 gün əvvələ kimi 3 gün ərzində İlqarın həmin pulu Yasin Məmmədovun tapşırığına əsasən televizor qutularında qablaşdırılmış vəziyyətdə MTN-nin girişində Yasin Məmmədovun göndərdiyi şəxslərə təhvil verdiyini bildirdilər.

Danışdllar ki, həmin pulları mənə məxsus olan, Şamaxı şosesi 1 ünvanda yerləşən evimdə rəhmətlik həyat yoldaşım Böyükxanım Muğbil qızı Zeynalova, 2015-ci ildə rəhmətə getmiş oğlum İlkin, 2016-cı ilin yanvar ayında rəhmətə getmiş qızım Səbinə Zeynalova, qardaşım Məzahim Zeynalov tərəfindən sayılaraq həmin qutulara qablaşdırılıb. Pullar Yasin Məmmədova çatdırılıb. Bundan sonra barəmdə olan cinayət işi Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərildi və mənə şərti cəza verildi”.
İbrahim Zeynalov bildirib ki, oğlu, qızı, həyat yoldaşı evlərində aparılan qanunsuz axtarışlar zamanı qorxu-həyəcan keçiriblər: “Qızımın da, oğlumun da, özümün də evlərimizdə axtarış aparıb qızıl-brilyant, pul axtarıblar. Divarları laqonda ilə kəsib-doğrayıblar, parket döşəmələri söküb seyf axtarıblar. Qızım bu hadisə zamanı həyəcan keçirib, qorxub. Xəstəlik tapdı, yataq xəstəsi olmuşdu. Oğlum, ardınca da qızım dünyasını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, o da həyətdan getdi. Bu adamlar mənim həyatımı alt-üst etdilər. Heç nəyim qalmadı. İllərdir ki, Neftçalada vaqonda yaşayıram”.
İbrahim Zeynalov prosesdə kövrəlib, buna görə də vəziyyəti pisləşib. Ona su verib, yardım göstəriblər.
Bir neçə dəqiqəlik sükutdan sonra İbrahim Zeynalov baş verənlərə görə Yasin Məmmədovu lənətləyib. Bu zaman Yasin Məmmədov ayağa qalxaraq İbrahim Zeynalovun üstünə qışqırmaqla ona tərəf yeriyib. Məhkəmə zalında qovğa düşüb. Digər zərərçəkənlər də Yasin Məmmədovun üzərinə yeriyiblər, ondan geri oturaraq səsini kəsməsini tələb ediblər. Yasin Məmmədov yerinə oturub. Hakim Elbəy Allahverdiyev Yasin Məmmədova xəbərdarlıq edib. Zərərçəkən Hüseyn Səfərov hakimi tərəf tutmaqda ittiham edib:
-Bunlara bu şəraiti yaradan sizsiz. Siz bunların tərəfini tutursuz. Məhkəməni birtərəfli aparırsız. Hakimliyə layiq olmayan hərəkətlərə yol verirsiz. Dövlətin əsaslarını sarsıdırsız. Yasin Məmmədov da həbsdə olmalıdır. Azadlıqdadır deyə zərərçəkənlərə gözünüzün qabağında hədə-qorxu gəlir, səsinizi çıxarmırsız. Biz danışmasaq, sizdən reaksiya yoxdur".

Hakim Elbəy Allahverdiyev Hüseyn Səfərovu məhkəmə zalından çıxarıb.
Bundan sonra zərərçəkən Zaur Əliyev İbrahim Zeynalova bir neçə sual verdi. İbrahim Zeynalov dedi ki, onu sırf mal-mülkünün əlindən almaq üçün qanunsuz olaraq həbsə alıblar:
"1650 manat rüşvəti polis və ya uzağı prokurorluq araşdıra bilərdi. Bu məsələnin MTN-ə heç bir aidiyyatı yox idi. Çünki rüşvət məsələsi də yox idi. Mənim həbsimi Ziyad Səmədzadə sifariş edib, bunlar da mal-mülkümü əlimdən almaq üçün bir ittiham uydurub məni həbs etdilər. Məni faktiki olaraq girov götürüblər. 7 ay 17 gün girov saxlayıblar".
İbrahim Zeynalovun bu sözlərinə Mövlam Şıxəliyev belə reaksiya verib:
"Bu məsələnin araşdırılması xüsusi tapşırıqla bizə həvalə olunmuşdu. Xüsusi nəzarətdə idi. Mən indi həmin adamın adını çəkə bilmirəm. Çünki səhər mətbuatda çıxacaq. Vaxt gələr, zaman gələr, açıb deyəcəyəm. Bu işə prokurorluğun da xüsusi nəzarəti olub".
Yasin Məmmədov da İbrahim Zeynalovla əlaqəli işi prosessual qaydalara uyğun araşdırıldığını dedi.
Bundan sonra İbrahim Zeynalovun yaxınları şahid qismində ifadə veriblər. Onlar İbrahim Zeynalovun qanunsuz həbsindən sonra övladlarının, qardaşının evlərini, əmlaklarını sataraq 8 milyon dollar düzəltdiklərini və aparıb MTN-ə verdiklərini təsdiq ediblər.
Bundan sonra proses 12 aprelə qədər təxirə salındı.
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 451
loading...
Gündəm
Xəbərlər
-
Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO
-
Daha bir deputatın tikinti şirkətləri aşkarlandı - FOTOFAKT
-
“ƏDV-dən yayınmaq üçün bir neçə şirkət yaradanlar var“ - Vergi rəsmisi
-
İdarə müdirindən deputata çağırış: “Hüquq mühafizə orqanlarına müraciət et“
-
Avropa dizel və benzin mühərrikli avtomobillərdən imtina edir - 59 milyardlıq fond yaradılır
-
“PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq“ - Finlandiya XİN
-
Üç hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi - Sərəncam
-
Afşin Azəri Zaurla qalmaqalından danışdı – VİDEO
-
“İsveç Türkiyəyə 73 PKK üzvünü təslim edəcək” - Ərdoğan
-
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - RƏSMİ
-
Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir: Lukaşenko Rusiyaya çağırış etdi
-
Fermerlərə şad xəbər: Əli Əsədov yeni qərar imzaladı
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Azəriqaz” niyə borulara hava vurur? - Rəsmi açıqlama
-
Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”
-
Manatın məzənnəsi digər valyutalar qarşısında necə dəyişib? - SİYAHI
-
Cəlilabadda minlərlə ton kartof MƏHV OLUR: Fermerlər əlacsız qalıb - VİDEO
-
İlham Əliyev bir qrup dəniz nəqliyyatı işçisini təltif etdi - SİYAHI
-
“Türkiyə ilə sərhədin delimitasiyası məsələsi gündəmdə yoxdur” - Ruben Rubinyan
-
Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?
-
Daha 7 min nəfərə “Müharibə veteranı“ adı verildi - RƏSMİ
-
“Tənqidi mülahizələrdə subyektiv yanaşma əsas götürülür“ - Agentlikdən reaksiya
-
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib - FOTO
-
Özbəkistan Konstitusiyası niyə dəyişdirilir? - Rusiya bu ölkədə də separatizmi qızışdırmaq istəyir...
-
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTO
-
Rusiya İlan adasından çəkildiyini təsdiqləyib - “Bu, xoşməramlı addımdır”
-
MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə fərqlidir? – Hələ də 1 milyon vətəndaş seçici sayılmır
-
“Suya, qaza, işığa qənaət etməliyik“ - Deputat
-
Korrupsiya İdarəsi bu rayonda əməliyyat keçirdi - Həbs edilənlər var
-
Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - FOTO
-
Vəziyyət kəskinləşə bilər - ÜST-dən xəbərdarlıq
-
Bakı sakinlərinin diqqətinə: 2-3 iyul tarixlərində...
-
Azərbaycan əsgəri faciəvi şəkildə həlak oldu - FOTO
-
“Sahibkar kredit alır, 3-5 ay sonra VÖEN-ni bağlamaq istəyir ki, hesabat verməsin” - İsmayıl Hüseynov
-
İsrail parlamenti buraxılıb - Netanyahu hakimiyyətə qayıdır
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb - RƏSMİ
-
Solovyov yenə “sözünü yedi“... - “Azərbaycandan üzr istəyirəm” + VİDEO
-
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb - İlham Əliyev konfransda iştirak edib
-
“ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi“ - Prezident İlham Əliyev
-
Yoluxmaların sayı artır: Koronavirus kabusu geri qayıdır?
-
Bakıda mehmanxananın fəaliyyəti məhdudlaşdırıldı - VİDEO
-
Milli Müdafiə Universitetinə rektor təyin olundu - Sərəncam imzalanıb
-
“Qərarlara hər kəs riayət etməlidir“ - İdarə müdiri
-
“Ən vacib məsələ Azərbaycanla birgə planımızın həyata keçirilməsidir” - Putin
-
İlqar Məmmədov Prezidentə müraciət etdi - 7 dairədə əhali deputatsız qalıb...
-
“Əri şəkil çəkib atıb ki, gəl evə” - Xalidə Kəngərli özünü öldürüb? – VİDEO
-
2035-ci ildən Avropada ənənəvi avtomobillər erası bitir - FOTO
-
Ofisdə kondisionerdən uzun müddət istifadənin zərərləri açıqlandı - FOTO
-
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
-
İlham Əliyev Aşqabadda Putinlə görüşdü - FOTO
-
Aygün Kazımovanı Rəsul Quliyevlə nə bağlayır? - Xalq artisti barədə bilmədiklərimiz
-
Futbolda braziliyalı ulduz parlayır - VİDEO
-
Leysan və güclü külək Zaqatalada bir sıra fəsadlar törədib - Yollar və həyətlər su altında qalıb
-
Pensiya ilə bağlı dəyişikliyin detalları açıqlandı - VİDEO
-
Böyük Britaniyanın müdafiə naziri: “Putin sadəcə maço görünmək istəyir“
-
Tünzalə Ağayeva qızı ilə SƏHNƏDƏ - VİDEO
-
Ərdoğan Baydenlə görüşü başa çatıb – VİDEO
-
Bütün dünya bir daha gördü ki, “Dəmir yumruq” yerindədir
-
ABŞ Minsk Qrupundan əl çəkmir - Fəaliyyətini dayandırmış qurumdakı həmsədrini dəyişib
-
Sumqayıtda qadını itələyən sürücü saxlanılıb – VİDEO
-
Bu kəndlərin avtobusu çayın içindən keçir - VİDEO
-
“Zəngəzur dəhlizi artıq reallığa çevrilir“ - Prezident
-
AFFA yenə əcnəbi gətirir: Ştuxliki kim əvəz edəcək?
-
Ərdoğanla Consonun türk dilində maraqlı dialoqu: “Çox gözəlsən” – VİDEO
-
“Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər?“ - Xalidənin qardaşından yeni açıqlama
-
Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”
-
Avropalı fermerlər inəklərilə birgə etiraza çıxdılar - VİDEO
-
3 aylıq şirkət dövlət qurumuna kimyəvi maddələr satacaq – Müəmmalı tender
-
Məhkəmə sədri və generalların adından pul yığan gənc kim olub? – ŞOK FAKTLAR
-
“Putin istəsə, Ukraynada müharibə hətta sabah bitə bilər” - Almaniya XİN
-
Qalib xalqın Müzəffər Ordusu
-
1 iyuldan əlilliyinin qiymətləndirilməsi belə həyata keçiriləcək - SİYAHI
-
Vaşinqtonun yeni ittifaqı kimlərə qarşıdır? - Hindistan əzəli rəqibini qıcıqlandırmaq istəmir...
-
Sabah Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq - Hava proqnozu
-
Azərbaycan xalqı qurub-yaradan xalqdır
-
“ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir“ - Bayden
-
İntihar edən həkimin qardaşı danışdı: “Əlimdə videofakt var ki…”
-
Eldar Əzizovun milyonlar ayırdığı MMC-lərin görünməyən tərəfləri
-
Əli Həsənovun əlindən alınan əmlakı dövlət qurumuna verildi
-
Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO
-
Kəlbəcər və Laçında quruculuq işləri uğurla davam edir
-
“70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var“ - AQTA-nın şöbə müdiri
-
Qarabağ Cənubi Qafqazın ən inkişaf etmiş vilayətinə çevirəcəkdir
-
Cəlilabadda kartof kəskin ucuzlaşdı: Məhsul əkin sahələrində çürüyür
-
Bakıda dəhşətli yanğınla bağlı rəsmi açıqlama: “Yalnız bir uşaq ölüb”
-
İnstaqram Azərbaycanda musiqili videoları niyə bloklayır? - AÇIQLAMA
-
Ərdoğan Madriddə Makronla görüşüb - FOTO
-
Gəncənin təhsil şefi iki deputatı üz-üzə qoydu - Direktorun intihara cəhdi həmkar intriqasını faş etdi
-
İlham Əliyev Türkmənistan prezidenti ilə görüşdü - FOTO
-
Özünə yeni biznes quran Roza gündəlik 700 AZN xərcləyir? - VİDEO
-
Əmək pensiyaları ilə bağlı qanunda nələr dəyişib? - Detalları açıqlandı
-
Bayden-Ərdoğan görüşü ilə bağlı kritik mesaj – Detallar bəlli oldu
-
“Yen konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq“ - Baş katib
-
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət...
-
Bakıda yanğın olub, iki körpə ölüb - RƏSMİ
-
Zaqatalada sel suları evlərə doldu, elektrik enerjisinin verilişi dayandırıldı - FOTO
-
Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir
-
Qurban bayramında ətin qiyməti bahalaşacaq? - VİDEO
-
Prezident İlham Əliyev Türkmənistanda səfərdədir - FOTO
-
“Türkiyə fikrini dəyişə bilər” - İsveçin keçmiş baş naziri
-
“Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub“ - Müdafiə Nazirliyi
-
“Nigarın zövqü formalaşmayıb“ - Nura tənqid etdi
-
Türkiyənin şərtləri qəbul edildi - Ankara da bu iki ölkəyə NATO yolunu açdı
-
Bakıda fındığın ucuzlaşmasının səbəbi nədir? - AÇIQLAMA
-
“Zelenskinin fikri bizim üçün önəmli deyil” - Lavrov
-
Tanınmış həkim özünü 11-ci mərtəbədən atdı - Səbəbi açıqlandı + FOTO/VİDEO
-
Günün transfer xəbərləri: “Atletiko Madrid“ və “Çelsi“dən şok transfer
-
“Bağçalarla bağlı yeni qaydalar hazırlanacaq” – Nazir
-
Edam müzakirələri ciddiləşir – MHP liderindən kritik mesaj
-
Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü - FOTO
-
Onkoloji və skleroz xəstələrinə pensiya veriləcək - Prezident yeni qanunu təsdiqləyib
-
Marmarisdə meşələri yandıran şəxsin yeni görüntüləri üzə çıxıb – VİDEO
-
Putinin yubatdığı qayıdış – “Financial Times”
-
Bakıda toy maşınlarının qiyməti - Günü 250 AZN - VİDEO
-
Hacı Mazan yenidən qalmaqal yaratdı: Məhkəməyə verilir - FOTO/VİDEO
-
Qırğızıstanda keçmiş prezidentə bəraət verildi - bir cinayət üzrə
-
Küləkli hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
-
Bu şəxslərə yeni medal veriləcək - Prezident qanunu təsdiqlədi
TOP 10
ARXİV