Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

MTN-in şöbə rəisi itlərin toyunda! – Məclisdən video (Yeniləndi)

Tarix 24.04.17, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


Böyük şirkətin rəhbəri olan biznesmenin bacısı isə müxalifətin mitinqinə qatılaraq “dolana bilmirəm” deyir.

Azərbaycanda şok hadisə baş verib. Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərində toy edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, toy məclisi bu yaxınlarda Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub.

Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb.

İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib.
Məclisdə iştirak edən digər qonaqlar da itlərin şəninə sağlıq deyib onlara xoşbəxtlik arzulayıblar.
Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib.
Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbayana elektronika malları gətizdirir.

Qalib Mustafayev həmçinin, “Evalar”, ”Regular”, “Supermax” firmalarının rəhbəridir. Bu firmaların hamısı “Qalib Group” MMC-nin tərkibindədir. Onun “Bentley” və “Jeep Wrangler” markalı maşınlara sahib olduğu bildirilir. Oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı maşınları var.

Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllimə işlədiyini və indi aldığı pensiyanın az olduğunu deyib.

****

Hadisə ilə bağlı “AzPolitika.info”ya açıqlama verən Qalib Mustafayev yazılanların həqiqəti əks etdirmədiyini, əslində yaxın dostları ilə yeyib-içdiklərini, zarafatlaşdıqlarını bildirib. Onun sözlərinə görə, Moskvadan dostları gəlib və onun şərəfinə 4-5 nəfər yığışıb məclis təşkil ediblər.  “Azərbaycan demokratik ölkədir, hər kəsin yeyib-içmək hüququ var. Biz də iş adamı kimi fəaliyyət göstəririk. Arada bir belə yığışıb dost məclisi qurmağa, zarafatlaşmağa bizim də hüququmuz var”.

İtlərin “şəninə” tost deyilməsini, aşığın mahnı oxunmasını, tort kəsilməsini isə iş adamı zarafat kimi təqdim edib. Kimlərinsə onu nüfuzdan salmaq üçün bütün bunları çəkərək, mətbuata ötürdüyünü iddia edib: “Mən böyük bir şirkətə rəhbərlik edirəm. Tikinti materialları, məişət avadanlıqları, yük arabaları istehsal edirik. Məhsullarımız Azərbaycanın bütün rayonlarında satılır. Şirkətimiz ölkənin iqtisadiyyatının inkişafında iştirak edir. Dövlətimizdən də daim dəstək görmüşük. Cənab Prezident də şirkətimizin açılışında iştirak edib. Ona görə də biz daha məsuliyyətlə çalışırıq, Goranboy rayonunun inkişafı üçün əlimdən gələni edirəm”.

Qalib Mustafayevin sözlərinə görə, rəqibləri onun bu cür fəaliyyətindən narahat olduğundan belə vasitələrlə onun nüfuzuna zərbə vurmağa çalışırlar.

O, məclisin videoya orda olanlardan biri tərəfindən çəkilərək ötürüldüyünü, ancaq hələlik kimliyini müəyyən edə bilmədiyini də qeyd etdi: “Sübhələndiyim adam da var, ancaq dəqiq bilmədiyimdən adını çəkmirəm”.

İş adamı sonda bildirdi ki, onu nüfuzdan salmaq üçün belə bir yola əl atan rəqiblərini məhkəməyə verəcək.









Xəbərin oxunma sayı : 139




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap