“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

MTN generallarının əmlakı satıldı - Zərərçəkənlərə yüz minlərlə manat ödəndi

Tarix 19.06.25, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satışa çıxarılaraq realizə edilib.

AzFakt.com “Gününsəsi.info” saytına istinadla xəbər verir ki, əmlakın satışından əldə olunan vəsait onun əleyhinə şikayət etmiş bir qrup zərərçəkənə ödənilib.

Zərərçəkənlərdən biri də bir neçə il əvvəl yaşadığı vaqonda vəfat edən keçmiş milyonçu Rəhman Məliklidir. Mövlam Şıxəliyev ona külli miqdarda borclu olsa da, ölümündən əvvəl Rəhman Məlikliyə 550 min manat ödənildiyi bildirilir.

Həmçinin məlumata görə, əmlak satışından əldə olunan vəsaitin bir hissəsi əslən Naxçıvandan olan iş adamı Hüseyn Səfərova da ödənilib. Mövlam Şıxəliyevə qarşı 2 milyon manatlıq iddiası olan Səfərov 250 min manat ala bilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1015




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap