Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

MTN qurbanları Eldar Mahmudovun villasına gediblər –Tələb +FOTO

Tarix 17.11.17, 2:43

Font ölçüsü : - / +
bitmap-img6


MTN əməkdaşlarının özbaşınalığının qurbanı olanların bir qrupu sabiq nazir Eldar Mahmudovun Badamdardakı villasının qarşısına gələrək öz qohumlarının azad olunmasını tələb ediblər.

Bu barədə Virtualaz.org-a aksiyanın iştirakçıları Sevda Süleymanova və Elmdar İsmayılov məlumat veriblər.

Qeyd edək ki, Sevda Süleymanova öz əri Qüvvət Süleymanovun qanunsuz həbsindən,  Elmdar İsmayılov isə öz atası ilə birlikdə MTN əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsindən şikayət edir.

Bağın gözətçiləri aksiya iştirakçılarına bildiriblər ki, Eldar Mahmudov artıq uzun müddətdir Badamdarda gözə dəymir. Bundan sonra zərərçəkənlər ərazidəki zeytun ağaclarının məhsulunu yığıblar ki, onu Eldar Mahmudovdan hədiyyə kimi öz həbs edilmiş qohumlarına aparsınlar. Daha sonra isə onlar tələblərini irəli sürdükləri məktubu orada qoyaraq ərazini tərk ediblər.

Xatırladaq ki, bundan əvvəl Sevda Süleymanova və Elmdar İsmayılov Eldar Mahmudovu prokurorluğun binası qarşısında pusmuş və oradan çıxarkən onu  öz qohumlarının qanunsuz həbsində ittiham edərək keçmiş nazirə tərəf tüpürmüşdülər.



Xəbərin oxunma sayı : 274




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap