Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

MTRŞ sədri:“Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması baş alıb gedir“

Tarix 05.12.18, 12:43

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmizdə Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusi diqqət yetirilir.

Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.

N.Məhərrəmli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən kütləvi informasiya vasitələri Azərbaycan dilinə diqqət və qayğı ilə yanaşmalıdırlar:

“Çox təəssüf ki, televiziya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı problemlər qalmaqdadır. Monitorinqin nəticələri göstərir ki, vəziyyət ürəkaçan olmasa da, müəyyən irəliləyiş var, əvvəlki illərə nisbətən Azərbaycan ədəbi dilinə müəyyən dərəcədə riayət olunur.

Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması, jarqon ifadələrdən istifadə edilməsi baş alıb gedir, bu məsələni daim diqqətdə saxlamaq lazımdır”.

MTRŞ sədri qeyd edib ki, teleradio məkanında çalışan aparıcılar və diktorlar Azərbaycan ədəbi dilini səlis və mükəmməl bilməlidirlər: “Biz bu məsələlərdə daim kanallarla normal münasibətlər saxlamışıq. Teleradio məkanında ədəbi dilin yerini daha çox məişət dili tutur. Əgər Azərbaycan ədəbi dili qorunmursa, bundan narahat olmaq lazımdır. Bununla bağlı söhbətlər aparılır və tədbirlər görülür. Digər problemlərdən biri də qloballaşma prosesində güclü dövlətlərin siyasətlərini öz dilləri vasitəsilə həyata keçirmək istəyidir. Ancaq mümkün qədər bu təsirlərin qarşısını almalıyıq. Teleradio kanalları bu məsələdə cəmiyyətə nümunə olmalıdır”.







Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap