Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Muğan Bank” uçurumun kənarında – 1,8 milyonluq ziyan

Tarix 08.05.18, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


“Muğan Bank” 2018-ci ilin ilk nəticələrini açıqlayıb. AzFakt.com maliyyə hesabatına istinadən xəbər verir ki,  Bank I rübü 1 milyon 824 min manat xalis zərər ilə başa vurub. Beli ki, Bank 2017-ci ilin 1 rübünü 515 min manat xalis mənfəətlə başa vursa da, ümumilikdə ötən ili 6 milyon 341 min manat xalis zərər ilə bağlamışdı.

“MuğanBank”ın gəlirləri xərclərini ödəmir. Belə ki, Bankın 2 milyon 636 min manat əməliyyat gəlirləri 5 milyon 353 min manatlıq işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərini bağlamağa kifayət etməyib. Nəticədə də, Bank öz kapitalından “yeyib”. Bankın cəmi balans kapitalı 69 milyon 17 min manatdan 67 milyon 192 min manata, məcmu kapitalı isə 70 milyon 316 min manatdan 68 milyon 683 min manata düşüb. Ötən ilin sonunda, Bankın məcmu kapitalının qaldırılması üçün nizamnamə kapitalı 10 milyon manat artırılmışdı.

“MuğanBank” 2018-ci ilin 1-ci rübündə kreditlər üzrə ehtiyyatların yaradılması 2 milyon 16 min manat ayırıb. Bu ayırma olmasaydı belə, Bankın əməliyyat gəlirləri xərclərini bağlamırdı.

Əsas gəlir mənbəyi olan Bankın kredit portfeli də azalıb. 2017-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 349 milyon 71 min manat ikən, 31 Mart 2018-ci ildə 342 milyon 613 min manata düşüb.

Tam hesabatla bu linkdən tanış ola bilərsiniz:

http://muganbank.az/documents/2018ci%20il%20uzre%20maliyye%20ve%20emeliyyat%20neticelerini%20eks%20etdiren%20hesabat.pdf




Xəbərin oxunma sayı : 604




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap