Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Muradovun boyunu aşan iddia... - Yaxud “sülhməramlılar”ın Qarabağda qalma müddətini kim təyin edir?

Tarix 10.09.21, 20:57

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağa “sülhməramlı” adıyla yerləşdirilən Rusiya hərbi kontingentinin sabiq başçısı, general Rüstəm Muradov Rusiyanın “TASS” Agentliyinə açıqlama verib. 

“AzPolitika.info” xəbər verir ki, Qarabağdakı “xidməti” barədə danışan Muradov “sülhməramlılar”ın işini yüksək qiymətləndirdiyini deyib.

Bununla yanaşı, rusiyalı general onların fəaliyyətinə əsas qiyməti “dinc əhalinin” verdiyini bildirib: “Bizə qiyməti dinc əhali verir. Bu gün Qarabağda həyat tam axarı ilə davam edir. Əlbəttə ki, çətin məsələlər var, amma proses gedir – insanların qayıtması, bir sıra problemlərin həlli. Ona görə düşünürəm ki, hər şey normaldır”.

Muradovun açıqlamasının ən maraqlı yeri isə “sülhməramlılar”ın Qarabağda qalma müddətilə bağlı olub.

O, rus hərbi kontingentinin gözlənilən xidmət müddətilə bağlı deyib: “Birinci beş il üç dövlət başçısının imzaladığı razılaşmaya görədir. Daha sonra rus sülhməramlı kontingentinin vaxtının uzadılmasıyla bağlı qərar qəbul olunacaq”.

Rusiyalı generalın bu açıqlaması erməni mətbuatında böyük həvəslə qarşılanaraq, tirajlanıb. Hansı ki, istər ermənilər, istərsə də Muradov kimilər yaxşı bilirlər ki, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətilə bağlı şərt 10 noyabr üçtərəfli razılaşmasının 4-cü bəndində açıq şəkildə göstərilib.

Orada deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.”

Yəni ki, rus hərbi birləşməsinin Qarabağda qalma müddəti Muradovun dediyi hansısa mücərrəd “qərar qəbul olunacaq” ifadəsilə yox, razılaşmanın 4-cü bəndilə müəyyən olunur. Orada isə Azərbaycanın 5 ilin tamamına 6 ay qalmış “sülhməramlılar”ı öz suveren ərazilərindən yola salmaq hüququ təsbit olunub. Odur ki, belə qərarların verilməsi rüstəmovlar, kosobokovlar və s. bu qəbildən olanların boyunu aşan məsələdir. Və şübhəsizdir ki, bu məsələdə Azərbaycanın mövqeyi və iradəsi həlledici rol oynayacaq.

“Sülhməramlılar”ın fəaliyyətinə verilən qiymətə gəlincə isə Muradov və onun rəhbərləri təkcə Qarabağda ilişib qalan, müharibə günlərində isə Azərbaycan Ordusuna silah çəkən “dinc əhali” adlandırdıqları ermənilərin yox, Azərbaycan əhalisinin və cəmiyyətinin də münasibəti və mövqeyilə hesablaşmağa borcludurlar. Bu münasibətin hansı dərəcədə neqativ olduğunu isə həmin bu “sülh göyərçinləri”nin özləri də bilməmiş deyillər....



Xəbərin oxunma sayı : 859




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap