Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Mustafa bəyin SSRİ-ni silkələyən – Məhkəmə çıxışı

Tarix 13.11.18, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Krım tatarlarının məşhur lideri Mustafa Əbdülcəmil Krımoğlunun (Mustafa Cəmilov) 75 yaşı tamam olur.

Axar.az xatırladır ki, Krımoğlu 1943-cü ilin 13 noyabrında Krımın Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Krım tatarlarına qarşı kütləvi deportasiya onların da ailəsindən yan keçməyib. 1944-cü ilin 18 mayında Mustafa da ailəsi ilə birlikdə Krımdan Orta Asiyaya köçürülüb. Burada onun xalqı kimi ailəsi də ağır əziyyətlərə məruz qalır. Sonradan müsahibələrindən birində Krımoğlu tatarlara qarşı deportasiyanı belə təsvir edir:

"Bizim xalq soyqırımın qurbanıdır. İkinci Dünya müharibəsinin sonunda bizim milləti Stalinin əmri ilə Orta Asiyaya köçürdülər. Heyvanlar üçün nəzərdə tutulmuş vaqonlarda köçürülərkən və Orta Asiyadakı yeni yerlərdə Krım tatarlarının yarısı acından, xəstəlikdən məhv oldu. Mən uşaq olanda, ana və atamın axşamlar göz yaşı içində pıçıldaşmalarından anladım ki, bizim Vətənimiz olub. Bu Vətən – müasir, müstəqil Ukraynanın tərkibində olan Krımdır”.

Gənclik yaşlarının ilk dövrünü Özbəkistanda keçirən Mustafa Krımoğlu Orta Asiya Universitetinin Şərqşünaslıq Fakültəsinə müraciət etsə də burada diskriminasiyaya məruz qalır. Buna səbəb kimi Krım tatarı olması göstərilir. Bundan sonra zavodda işləyən Mustafa Cəmilov Krım tatarları arasındakı məxfi şəkildə fəaliyyət göstərən Krım Tatar Gənclərinin İttifaqı (KTGİ) təşkilatına daxil olur, amma onun burada da fəaliyyəti uzun çəkmir. Belə ki, təşkilat SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hədəfinə tuş gəlir. Təşkilatın sədrləri olan Marat Ömərov və Səid Həmzə Ömərov həbs edilir, Mustafa Cəmilov isə işdən uzaqlaşdırılaraq nəzarətə götürülür.

1962-ci ildə o, Daşkənd İrriqasiya İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olur. 1965-ci ildə isə, millətçilik və anti-sovet baxışlarına görə institutdan qovulur. Əsas səbəb isə onun KTGİ-ni bərpa etməsi və tələbələr arasında özünün yazdığı "XIII – XVIII əsrlərdə Krımın türk mədəniyyətinin qısa tarixi oçerkləri" əsərini yayması olur. Hər şey bununla bitmir. Belə ki, Cəmilov tezliklə həbs edilir. 6 ay müddətinə həbsinə səbəb isə onun sovet ordusunda qulluqdan yayınması ittihamı olur.

Həbsdən azad olduqdan sonra Cəmilov Moskva hüquq müdafiəçiləri ilə yaxınlaşır, SSRİ-də insan hüquqlarının tapdanması, 1968-ci ildə Çexoslovakiyanın sovet işğalı əleyhinə sənədlərin hazırlanması və imzalanmasında fəal iştirak edir. Moskvada akkreditə olunmuş xarici KİV nümayəndələri vasitəsilə Krım tatarlarının problemini dünyaya çatdırmağa çalışır.

1969-cu ilin mayında digər məşhur hüquq müdafiəçiləri ilə birgə "SSRİ-də insan hüquqlarının müdafiəsi təşəbbüs qrupunun" təsisçilərindən biri olur. Həmin ilin sentyabrında Cəmilov yenidən həbs edilir. "Sovet dövlət və ictimai quruluşuna böhtan atmaq" ittihamı ilə ona qarşı qaldırılmış cinayət işi, artıq həbsdə olan dünya üzrə tanınmış hüquq müdafiəçiləri Pyotr Qriqorenko və İlya Qabayın cinayət işləri ilə birləşdirilir.

1970-ci il Cəmilovun məhkəmə zalında tarixi çıxışı olur. Bu çıxış sonradan kommunist rejiminə qarşı ittiham manifesti kimi dəyərləndirilir və bütün ölkəyə yayılır. Cəmilov çıxışını belə bitirir:

"Krım tatar xalqına qarşı qəddar repressiyalara etiraz olaraq, bu xalqın müqəddəs hüququnun – Vətənə olan hüququnun tapdanmasına, bizim ölkədə insan hüquqlarının kobud surətdə pozulmasına etiraz olaraq, mən Krım tatar xalqının milli hərəkatının iştirakçısı, SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə Təşəbbüs qrupunun üzvü kimi otuz günlük aclıq aksiyası elan edirəm.

Mən tam dərk edirəm ki, bu aksiya mənim sağlamlığım və hətta həyatım hesabına baş verə bilər. Lakin öz milli və vətəndaş hüquqlarımın bu cür kəskin müdafiə formasına əl ataraq, mən ümid edirəm ki, bu olay bir çox insanın yatmış vicdanını oyada biləcək.

Ya Vətən, ya ölüm! Yaşasın azadlıq!"

Bu çıxışdan sonra Cəmilov və Qabay 3 il həbs cəzasına, Qriqorenko isə, "psixi qüsurlu" elan edilərək, 5 il müddətinə DTK-nin xüsusi psixiatrik xəstəxanasında məcburi "müalicəyə" məhkum edilir. Bu ədalətsiz qərara etiraz əlaməti olaraq Mustafa Cəmilov Daşkənd istintaq təcridxanasında 30 gün davam edən aclıq aksiyası keçirir.

Cəmilov 1974-cü ildə azadlığa çıxdıqdan sonra yenidən həbs edilir. Həbsə səbəb yenə ordudan yayınma olur. Əsl səbəb isə Cəmilovun Moskvaya getməsinin qarşısını almaq idi. DTK qorxurdu ki, həmin il ABŞ Prezidenti Niksonun Moskva səfəri olacaqdı və Cəmilov burada Niksona Krım tatarlarının hüquqlarının tapdanması barədə petisiya təqdim edər və ya aksiya təşkil etmək niyyətindədir.

Bu cəzasını Mustafa bəy Omskdakı ciddi rejimli düşərgədə çəkir. Azad olunmasına 3 gün qalmış ona qarşı yeni cinayət işi açılır. Bu dəfə o, cəza müəssisəsində məhkumlar arasında antisovet təbliğatı aparmaqda ittiham edilir. Bu ittihama qarşı etiraz əlaməti olaraq Cəmilov aclıq aksiyasına başlayır. Artıq "Azadlıq" və "Azad Avropa" radiodalğalarında onun adı geninə-boluna çəkilirdi. Ölüm aclığı elan etmiş Mustafa Cəmilovu zorla mədəsinə zond yeritməklə qidalandırmağa başlayırlar.

Mustafa Cəmilovun bu məhkumluğunun sonuna yaxın məhkum düşərgəsində ona qarşı "anti-sovet təbliğatı və pantürkizm" ittihamı ilə yeni cinayət işi açılır. Lakin 15 günlük aclıq aksiyasından sonra, beynəlxalq mediada SSRİ-nin tənqidi kampaniyasından qurtulmaq üçün onu azad edirlər və xüsusi təyyarə ilə Daşkəndə gətirib 1977-ci ilin dekabrında SSRİ DİN-nin açıq nəzarəti altında azad edirlər. Cəmilovun Krım tatarları arasında nüfuzu o qədər yüksək idi ki, hətta Özbəkistandakı Krım tatarlarının digər məskənlərinə səfəri yasaq edilir. Sonralar buna görə də həbs edilir və 4 il müddətinə Yakutiyaya sürgün edilir.

Bu sürgündən sonra o Krıma köçsə də, burada cəmi üç gün qalmasına izn verilir və yenidən Daşkəndə göndərilir.

Krımoğlu bir də Krıma 1991-ci ilin iyununda köçür. Ondan sonra Krım tatarlarının vətənlərinə tarixi dönüşü başlayır. Krımoğlu indiyə qədər Krım tatarlarının lideri olaraq tanınır. Məhz onun liderliyi altında Krım tatarları yarımadada özlərinin haqlarının böyük qismini bərpa etməyə müvəffəq olurlar. Krımoğlu cəmi 23 il Krımda yaşaya bilir. Krımın Rusiya tərəfindən anneksiyasından sonra o, yenidən vətənindən uzaq düşür.



Xəbərin oxunma sayı : 424




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap