Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Myanmada “Varfolomey gecəsi”nin sirri – ABŞ, Çin, Rusiyanın enerji, buddistlərin torpaq qamarlamaq siyasəti

Tarix 01.09.17, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Bercan Tutar

Sabah (Türkiyə), 31.08.2017


Myanmada (Birma) Arakan müsəlmanları beş il boyunca Qəzadakılardan daha çox qan itiriblər. Arakan əyalətinin rohinca müsəlmanlarının (hind-ari xalqı-tərc.) 2012-ci ildən məruz qaldıqları zorakılıq sistemli içşgəncə, kütləvi qırğın, İsrail işğalı altındakı fələstinlilərə münasibətdə etnik təmizləmələrdən qətiyyən geri qalmır. Son həftə ərzində isə Arakanda zorakılıq soyqırımı miqyasına çatıb. İrqçi buddaçılar və Birma hərbçiləri üç gün müddətində (25-28 avqust) üç min müsəlmanı qətlə yetiriblər. Səkkiz əsr ərzində Arakanda yaşayan nmüsəlmanları indi öz yurdlarından qovur və evlərinə od vurur, torpaqlarını əllərindən alırlar. Buddaçılar hətta müsəlmanların evlərindən qaçaraq gizləndikləri yüzkilometrlik meşə zolağını da yandırıb düşərgələrini külə döndəriblər. 2012-ci ildən sürən etnik təmziləmə nəticəsində rohincaların sayı 1,3 milyondan 800 minədək azalıb. Yüz min müsəlman öldürülüb, 400 mini Banqladeş, Hindistan, Tailand, Malayziyada sığınacaq tapıb. Arakanlıların əlindən alınmış iki milyon hektar torpağı buddaçılar mənimsəyiblər.

Bütün bunlara görə sorumlu kimdir? Birma və Arakana yaxından baxanda Fələstin faciəsinə yol açan oyunçuları görürük. Arakan böhranının əsas səbəbi hər şeydən əvvəl Böyük Britaniyadan sonra ABŞ, Çin və Rusiyanın güddüyü imperiya strategiyasıdır. Sözügedən ölkələrin birincisindən başlayaq…

Britaniyalılar Birmada da Afrika, Asiya və Yaxın Şərqdəki kimicə çirkli siyasət aparıblar. Arakanı 1948-ci ildə Şərqi Pakistana (1971-ci ildə Banqladeş dövlətinə çevrilib) deyil, buddaçı Birmaya birləşdirərək bu gün də davam edən hərc-mərclik toxumu səpiblər. Hətta arakanlılar 1942-ci ildə yapon işğalının gedişində Birmanı qəhrəmancasına xilas ediblər. Britaniyalılar isə 1948-ci ildə Birmanı yapon işğalçılarla əməkdaşlıq edən general Aun Sana veriblər. Yəni yaponlarla müharibə aparan arakanlılar Vətən xaini bir generalın iltifatına buraxılıb.

Aun San Nobel mükafatçısı və Myanmanın indiki xarici işlər naziri Aun San Su Çjinin atasıdır. General San 1948-ci il konstitusiyasında arakanlılara vətəndaşlıq verməyib və onları etnik xalqlardan biri kimi müəyyən edib. Xuntaçı administrasiya bu tərifi də ləğv edib. Beləliklə, Arakanda, demək olar 1,5 milyon rohinca dünyada ən böyük “dövlətsiz və vətəndaşlıqsız xalq” olub. Birmanı işğaldan qurtarmış arakanlılara indi didərginlər kimi yanaşır və onları doğma yurddan sıxışdırırlar. İngilis-sakson imperiya siyasəti bundan ibarətdir. Aldadıb mənfəətə nail olmaq.

Arakan faciəsinin o biri üzü ABŞ, Çin və Rusiya rəqabətidir. 2004-cü ildə Arakanda nəhəng energetika resursları kəşf edildikdən sonra müsəlmanların durumu daha da pisləşib. Çin 2013-cü ildə 2009-cu ildə Arakandan Yunnan əyalətinə başlanmış qaz və neft kəmərləri inşasını başa çatdırıb. Bu boru kəmərləri vasitəsilə Çinin Yaxın Şərqdən ABŞ-ın dominantlıq etydiyi Malakk boğazından yan keçməklə tədarük olunan enerji resurslarının nəqli ucuz və təhlükəsiz olub. Bunu görən ABŞ 2012-ci ildən sonra Arakan problemini kürəsəl böhrana çevirib və Çinin mühasirəsi layihəsini işə salıb. Amerikanın 18-ədək QHT-nin daxil olduğu və əksəriyyətini Corc Sorosun maliyyələşdirdiyi “Birma üzrə hədəfli qrup” (Burma Task Force) adlı təşkialtı beş il ərzində guya arakanlıların faciəsini aradan qaldırmaq yolları arayır. Amma İsrail-Fələstin “barışıq prosesi”ndən bilirik ki, imeperiya dövlətlərinin sülhü bərpa etməkdə bütün cəhdləri münaqişə strategiyası, işğal və nəzarət edilən faciənin tərkib hissəsidir. Axı ABŞ müdaxiləsindən sonra Arakandakı zorakılıq bir anda soyqırımına dönüb.

Amma dünya niyə bu soyqırıma cavabda məşhur üç meymunu təsvir edir? Perkin və Moskva martda BMT TŞ-nın Arakan üzrə qətnaməsinə niyə veto qoyublar? Çünki Arakan müsəlmanlarının məhvindən qazanc çox yüksəkdir. ABŞ, Çin və Rusiya energetika, buddaçılar isə torpaq dalınca qaçırlar. Hamısı əlbirdir. Və buna görə də susurlar!

Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 187




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap