Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nümayəndə: “Leyla Şıxlinskayanın klinikası”na 804 min manat ziyan dəyib”

Tarix 20.11.17, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskayanın klinikası”nın böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin cinayət işi üzrə hazırlıq iclası davam edib.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə zərərçəkmiş klinikanın nümayəndəsi Günay Sultanova mülki iddia ilə çıxış edib. O, təqsirləndirilən şəxslər tərəfindən klinikaya dəyən 804 min 343 manat məbləğində ziyanın ödənilməsini istəyib. Həmçinin, təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə yalnız mülki iddianı icraata qəbul edib, digər vəsatət qəbul olunmayıb. Məhkəmə baxışı noyabrın 24-ə təyin edilib.



Təqsirləndirilənlərin sayı 7 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova da var. Məhkəmə önünə çıxarılan digər işçilər isə Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevadır.

Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap