Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Növbədənkənar parlament seçkiləri keçiriləcəkmi?! –Şərhlər

Tarix 07.05.18, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


 Artıq sosial şəbəklərdə bu ilin payızında, konkret olaraq oktyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələr getməkdədir

Oxu.Az-ın xəbərinə görə, bir müddət öncə həm mediada, həm sosial şəbəkələrdə bu yöndə məlumatlar və müzakirələr getsə də, hakim Yeni Azərbaycan Partiyasının (YAP) yetkili şəxsləri tərəfindən bu məsələ təkzib olunmuşdu. Bu mövzunun yenidən gündəmə gəlməsi növbədənkənar parlament seçkilərinin olacağı ehtimalını artırır. YAP-dan olan millət vəkili Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında yayılan məlumatlardan və gedən müzakirələrdən xəbərsiz olduğunu deyib.

“Milli Məclis fəaliyyət göstərir. Deputatlar iş başındadır. Odur ki, bu məsələdən məlumatsızam”, – deyə millət vəkili əlavə edib. Ancaq adının cəkilməsini istəməyən başqa bir iqtidaryönlü millət vəkili növbədənkənar  parlament seçkiləri məsələsini istisna etməyib: “Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözləniləndir və istisna deyil. Amma bunun dəqiq vaxtı ilə bağlı hələlik bir şey söyləmək mümkün deyil.

Bununla belə, növbədənkənar seçkilər məsələsi ortadadır və bundan qaçmaq mümkün deyil”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda növbəti – 6-cı çağırış parlament seçkiləri 2020-ci ilin payızında olacaq. Ancaq onu da qeyd edək ki, prezident seçkilərinin oktyabrdan aprelə çəkilməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi məsələsini də gündəmə gətirib.



Xəbərin oxunma sayı : 652




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap