Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nüvə silahlanmasında bumeranq effekti: Şimali Koreyanın doğurduğu təhdid çanağı Çinin başında çatlaya bilər - Təhlil

Tarix 07.09.17, 23:23

Font ölçüsü : - / +
bitmap-img6


Aleksander Cillespay

“Al-Jazeera” (Qətər)


Şimali Koreyanın ən son nüvə partlayışından əvvəl hamıya elə gəlirdi ki, o, ən azı 10-60 nüvə silahına sahibdir və onların gücü Hiroşimaya atılan bombanın təsirinə malikdir. Hiroşimaya atılan atom bombasının gücü isə 15 kilotona – 15 min ton trotilə (TNT-yə) bərabər idi.

Son partlayışın gücü 50 ilə 100 kiloton arasında ola bilərdi. Dağıdıcı potensialına görə o, (həm ölçüsü, həm də ekosistemə təsiri baxımından) tamamilə fərqli təhlükə riskini ehtiva edir.

50-dən çox nüvə silahı Yer kürəsində nüvə qışı doğura bilər. Bu ssenaridə bütün planet yaranmış istilikdə çox dəhşətli yanğına və dumana bürünəcək.

Nəticə bir neçə dəqiqədə yarana bilər. Kim Çen Inın Yaponiyaya xəbərdarlıq etmədən və Yaponiyanın razılığı olmadan sınaq keçirməsi səhər saat 5.58-ə təsadüf edir. Yaponiya ictimaiyyəti üç dəqiqədə xəbərdarlıq alıb, çünki o və Şimali Koreyanın arasında məsafə 1000 km-dir. Kaliforniya 9 min km məsafədədir, bu da 30 dəqiqəlik xəbərdarlıq imkanı verir. 55 kilometrlik məsafədə yerləşən Seulda xəbərdarlıq üçün vaxt qalmır.

Bu xəbərdarlıqların müddətinin qısa olması ucbatından böyük dövlətlərin əksəriyyəti yüzlərlə nüvə silahını yüksək hazırlıqda saxlayır. Bu, onlara 15 dəqiqə ərzində əks-hücum həyata keçirmək imkanı verir.

Şimali Koreya ilə ABŞ arasındakı mövcud gərginliyin təhlükəli tərəfi budur ki, qəza və ya səhv hesabatlar halında, o, xəbərdarlıq tədbirindən istifadə etməyəcək. ABŞ və müttəfiqləri, adətən, rəqib müşahidəçilərin iştirakı olmadan döyüş oyunları (təlimlər) keçirirlər. Təlimlərlə təhlükə hiss edən ölkələrə onlara hücum edilməyəcəyi barədə lazımi məlumatları verilir. Amma Şimali Koreya razılıq almadan, ölkələrə xəbər vermədən sınaqlar keçirir.

Yaponiyanı Şimali Koreya qorxusundan xilas edərkən, ABŞ-ın Quam ərazisi ballistik raketlərin uçuş zonasına çevrilə bilər, bu halda, müharibə labüddür. Prezident Donald Tramp qəzəbləndirilməsi çətin adam deyil. Kim Çen Inın Hiroşima bombasından altı dəfə daha böyük ola biləcək bombasının Amerika ərazisini təhdid etməsi ehtimalı yüksəkdir. Rusiya və Çin Şimali Koreyanın bu cür hərəkətlərinə dözüm göstərməyəcək. Amerikanın fərqli cavab verəcəyini gözləmək üçün də heç bir səbəb yoxdur.

Şimali Koreyanın nüvə sınağına ilk beynəlxalq cavab vəziyyətin müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını çağırmaqdır. Onların Şimali Koreyaya qarşı daha sərt sanksiyalar tətbiq edəcəyi gözlənilir. Bununla yanaşı, embarqoya neftin də əlavə edilməsi mümkündür. Lakin Çinin və Rusiyanın maksimum sanksiyalara razı olub-olmayacağı hələ də bilinmir.

Təhlükəsizlik Şurası yeni sərt sanksiyalar haqqında razılığa gələ bilsə belə, Şimali Koreya rejiminin siyasi istiqamətini dəyişdirəcəyi və nüvə silahlarından imtina etmək təklifinə boyun əyəcəyi şübhəlidir – Təhlükəsizlik Şurasının istəyindən asılı olmayaraq. Şimali Koreya Hindistan, Pakistan və İsrailin artıq bu səyə qarşı çıxdığını və nüvə silahının yayılmamasına dair beynəlxalq razılıqlara baxmayaraq, öz nüvə silahlarını əldə etdiyini bilir. O da bu reneqat klubuna qoşulmaq istəyir.

Şimali Koreyanın doğurduğu təhlükə ABŞ şəhərləri üçün deyil, əksinə, bu, kütləvi qırğın silahlarına malik olmaqla, regional tarazlığı pozur. Əgər o, nüvə silahlarını saxlayırsa, Cənubi Koreya və Yaponiya da öz atom silahlarına malik olmaq, Kim Çen Ina maneə törətmək istəyəcək. Onlar artıq indidən regiona yerləşdirilənlərdən daha çox kənarda anti-ballistik raket müdafiə sistemlərini genişləndirmək və inkişaf etdirmək istəyirlər. Onlar ABŞ-a tamamilə güvənməyərək fərdi müdafiə sistemləri yaratmağa çalışırlar. Yaponiya kimi ölkələrin öz fərdi nüvə silahlı arsenalına və yüksək texnologiyalı müdafiə qalalarına sahib olması fikri isə artıq Çini qıcıqlandırır.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 235




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap