Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Nağı Səfərov yenidən ATB İcraiyyə Komitəsinə üzv seçilib

Tarix 24.06.17, 2:32

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasının növbəti Baş Assambleyası keçirilib

Apasport.az saytının məlumatına görə, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdan gələn yarışların hansı ölkələrdə keçirilməsi müzakirə olunub.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov va Niyaməddin Paşayevin də iştirak etdiyi toplantıda daha sonra qurumun müvafiq komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-nın prezident seçilib.

Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Kontinental Taekvondo Birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alırlar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.

ATF-nın vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. N.Səfərov yenidən Avropa Taekvondo Birliyi (ATB) İcraiyyə Komitəsinə üzv seçilib. Seçkilər növbəti 4 il ərzində qüvvədə qalacaq.



Xəbərin oxunma sayı : 112




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap