Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nadir Əzməmmədov: “İşdən çıxarılmamışam”

Tarix 03.12.16, 3:57

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində yenilik baş verib. QSC sədri Cavid Qurbanovun əmri ilə Nadir Əzməmmədovun rəhbərlik etdiyi Mətbuat Katibliyi ləğv edilib, əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb

Bu barədə moderator.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. İndiyədək Mətbuat Katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı təyin edilib. Məlumatda o da qeyd edilib ki, sözügedən yeniliklərlə bağlı məlumatı  QSC-dən təsdiq ediblər.

Lakin Nadir Əzməmmədov musavat.com-a açıqlama verərək yayılan informasiyanın doğru olmadığını bildirdi: “Mətbuatla əlaqənin geniş olması üçün İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb. Bu şöbədə qəzet və mətbuat katibliyi olacaq. Yəni daha geniş olacaq. Əvvəllər bu şöbələr ayrı-ayrı fəaliyyət göstərirdisə, indi birlikdə işləyəcəyik. Nazirlikdə necədirsə, bizdə də o cür olacaq.

Mətbuat Katibliyinin ləğv edilməsi məlumatı  səhvdir. Ümumiyyətlə, bir qurum və ya şöbə yarananda əsasnamə və ştat cədvəli olur. Biz də qəzet və mətbuat katibliyi olacaq. Və mən də mətbuat katibliyinə baxıram, öz işimdə qalmışam. Səhv informasiya yayan əməkdaşlar məgər diqqət etmirlər ki, mən gündəlik qurum haqqında məlumatlar paylaşıram. Sədr qərar verdi, İctimaiyyətlə Əlaqələr Şöbəsi öz işini, mən də öz işimi görürəm. Üstəlik, bizdə hələ ki, ştat tam təyin olunmayıb, amma artıq məlumatlar yayılıb”.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap