Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Narazı sahibkarlar: “Kəbirə Məmmədova hər mağazadan əlavə 350 manat pul yığır”

Tarix 16.06.19, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün Binə Ticarət Mərkəzində bazarın sahibi Kəbirə Məmmədova bir-bir mağazaları gəzib hamıya aylıq əlavə xərc təyin edib”. Bu sözləri saytımıza ticarət mərkəzində işləyən, adının çəkilməsini istəməyən sahibkarlar deyiblər.

Sahibkarların sözlərinə görə, Kəbirə Məmmədova mağaza sahiblərinə bildirir ki, vergi bazara girmək istəyir, ona görə aylıq 350 manat əlavə ödəniş etməlisiz.

"Bundan əvvəl də vergi adı ilə hər mağaza azı 250 manat ticarət mərkəzinin sahibinə pul ödəyib. Bu günə qədər vergi adı ilə bizdən alınan pullara görə heç bir sənəd verilməyib, nə qəbz, nə başqa bir şey. İndi də onu artırıb 600 manat edirlər, amma sahibkarların hamısı bundan narazıdır”.

Sahibkarlar bildirir ki, ticarət mərkəzində onsuz vəziyyət ürəkaçan deyil, üstəlik onların xərcləri, yükləri bazar rəhbərliyi tərəfindən müxtəlif yollarla ağırlaşdırılır.

"Ayda 1000-1500 manat icarə haqqı, üstəlik 250 manat vergiyə, indi də əlavə 350 manat yenə vergi pulu təyin ediblər. Bizim qazancımız nədir ki, olan qalanımızı da bazar sahibi Kəbirə Məmmədovaya verək?”

Sahibkarlar bildiriblər ki, ticarət mərkəzində belə qanunsuzluqlar, haqsızlıqlar davam etsə, kütləvi şəkildə Prezident Administrasiyasının qarşısına şikayətə gedəcəklər.

Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin rəhbərliyindən münasibət öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Mənbə: abzas.org



Xəbərin oxunma sayı : 469




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap